Yeni dövlət qoruğu yaradıldı Sərəncam
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda yeni bələdiyyələr yaradıldı SƏRƏNCAM
25 Noyabr 2024 14:14
Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET
19 İyun 2025 09:48
Prezident sərəncam imzaladı Dövlət komissiyası yaradıldı
25 Dekabr 2024 15:18
Azərbaycanda yeni informasiya sistemi yaradıldı SƏRƏNCAM
04 Noyabr 2025 16:43
Baxış sayı:53
Bu xəbər 21 Oktyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















