Icma.az
close
up
RU
Yeni dövrün jurnalisti necə olmalıdır? Media mütəxəssisindən vacib MESAJLAR

Yeni dövrün jurnalisti necə olmalıdır? Media mütəxəssisindən vacib MESAJLAR

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Yeni dövr jurnalistlərinin qarşısında duran əsas məqsədlərdən biri informasiya texnologiyalarının və süni intellektin imkanlarından maksimum səviyyədə istifadə etmək, beynəlxalq media və xarici ölkələrin mediası ilə yaxın əlaqələr qurmaq, Azərbaycanla bağlı həqiqətlərin dünya mediasında yayılmasına dəstək olmaq və eyni zamanda ölkə daxilində baş verən hadisələri operativ şəkildə oxucuya çatdırmaqdır”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli yeni dövrdə jurnalistlərin qarşısında duran vəzifələr barədə danışarkən deyib:

“Dövr dəyişir, dünya trendləri yenilənir. 21-ci əsrdə dünya mediasında innovasiyalar tətbiq olunur və süni intellekt demək olar ki, medianın əsas alətlərindən birinə çevrilir. Yeni dövr jurnalistlərindən isə dövlətimizin gözləntiləri odur ki, Azərbaycan mediası daha çevik və operativ olsun.

Eyni zamanda sosial şəbəkələrdə yayılan dezinformasiyalar və saxta xəbərlərə qarşı birgə mübarizə aparılmalı, bu cür məlumatların qarşısının alınmasında yardımçı olunmalı və cəmiyyətə əsl həqiqət çatdırılmalıdır. Təbii ki, bununla bağlı Azərbaycanın media subyektləri media savadlığına tam yiyələnməlidir. Sosial şəbəkələrdə yayılan videoları və məlumatları mütləq həqiqət kimi qəbul etməməli, onları araşdırmalıdırlar. Jurnalistikanın prinsiplərindən biri də məlumatı ən azı üç mənbədən dəqiqləşdirərək oxucuya düzgün və doğru şəkildə təqdim etməkdir”.

Hacıbəy Heydərli vurğulayıb ki, gənc jurnalistlər xarici dil biliklərini və peşəkar bacarıqlarını daim inkişaf etdirməyə çalışmalıdırlar:

“Azərbaycan artıq təkcə regional deyil, dünya səviyyəsində də əsas aktorlardan biridir. Dünya siyasətində özünəməxsus yeri olan Azərbaycan dövlətinin gücü ilə paralel olaraq, Azərbaycan mediası da inkişaf etməli, əlaqələrini genişləndirməli, dünya mediası ilə ortaq layihələr həyata keçirməlidir. Azərbaycanla bağlı həqiqətlər dünya mətbuatında daha geniş işıqlandırılmalıdır. Çünki Azərbaycan bu gün dünyanın ən möhtəbər tədbirlərinin, konfranslarının və yarışlarının keçirildiyi ölkələrdən biridir.

Bu isə Azərbaycan mediası üçün daha çox xəbər əldə etmək və dünya mediasına inteqrasiya imkanları yaradır. Jurnalistlərimiz çalışmalıdırlar ki, mediya qurumlarında bu imkanlardan maksimum istifadə etsinlər və xarici media ilə əlaqələrini gücləndirsinlər. Təbii ki, bu prosesdə jurnalistikanın etik prinsipləri, əsas istiqamətləri unudulmamalıdır — obyektivlik, dəqiqlik, qərəzsizlik hər zaman ön planda olmalıdır.

Əsas məqsəd cəmiyyətə, oxuculara və Azərbaycan xalqına düzgün, dolğun və operativ məlumatlar çatdırmaqdır. Düşünürəm ki, yeni dövr jurnalistlərinin qarşısına qoyulan əsas məqsəd və gözləntilər məhz bu istiqamətdədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri