Icma.az
close
up
RU
Yeni dünya nizamı formalaşdırılır Yeni Gündəm

Yeni dünya nizamı formalaşdırılır Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və regional məsələlər barədə ətraflı fikirlərini bölüşüb.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafının uğurla davam etdiyini vurğulayaraq, bunun düşünülmüş siyasətin nəticəsi olduğunu qeyd edib. O, uzun illər ərzində aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə və investisiya iqliminin yaxşılaşdırılması sayəsində beynəlxalq reytinq agentliklərinin Azərbaycana münasibətində müsbət dəyişikliklərin müşahidə edildiyini bildirib. Dövlət başçısı Azərbaycanın beynəlxalq reytinqinin daha yüksək səviyyəyə layiq olduğunu və gələcək illərdə bu dinamikanın saxlanılacağına əminliyini ifadə edib.

“Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar” devizini hər zaman prioritet hesab edən ölkə başçısı qeyd edib ki, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Bu addımlar Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşaması üçün atılır. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, – hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, – yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.

Müsahibə zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edərək, bunun mütləq həyata keçiriləcəyini bildirib. O, Ermənistanın Yaxın Şərqdəki yaxın müttəfiqi Əsəd rejiminin artıq tarixin zibilliyinə göndərildiyini xatırladaraq, Ermənistan rəhbərliyinin düzgün addımlar atmasının vacibliyini vurğulayıb. Prezident, Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığını, əksinə, Cənubi Qafqazda sülh və əməkdaşlıq istəyində olduğunu bildirib. O, Ermənistanın Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməli olduğunu və Zəngəzur dəhlizinin açılmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev müsahibəsində ABŞ-da Soros dövrünün başa çatdığını və Bayden administrasiyasının, əslində, Soros idarə üsulu ilə idarə olunduğunu bildirib. O, Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini və Ermənistan rəhbərliyinin bunu nəzərə almalı olduğunu vurğulayıb.

Ölkə rəhbəri qeyd etdi ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci prezidentliyi dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı.

Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı. Ölkə rəhbəri qeyd etdi ki, biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində bu davam etdi.

Ona görə ümidlər var. Mən Şuşa Forumunda, hələ iyul ayında, – heç kim bilmirdi, kim qalib gələcək, kim uduzacaq, hələ o məşhur Tramp-Bayden debatları da keçirilməmişdi, – mən, sadəcə olaraq, Azərbaycanın maraqları nöqteyi-nəzərindən və bir insan kimi öz mövqeyimi bildirdim ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri – bunları təbliğ edir. Elə bunun ailəsinə baxmaq kifayətdir. İndi mən başqalarının ailəsi haqqında bir şey demək istəmirəm, amma indi bu, o qədər ictimailəşdirilib ki. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.

Dövlət başçısı, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq istəyində olduğunu bir daha qeyd edərək, Ermənistanın düzgün addımlar atmasının vacibliyini bildirib.

Cənab Prezident onu da vurğuladı ki, indi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq.

İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir.

Ölkə rəhbəri müsahibəsində Türk Dövlətləri Təşkilatı ilə bağlı sualı cavablandırarkən, həm də mesaj verdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.

Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Ölkə başçısı hesab edir ki, D-8 də bu boşluğu doldura bilər. Bu ölkələrdə  1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.

Bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur.

Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıb. Eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.

Bir sözlə, Prezident İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli müsahibəsi, Azərbaycanın gələcək inkişaf istiqamətləri, regional əməkdaşlıq və beynəlxalq münasibətlər sahəsindəki mövqeyi barədə ətraflı məlumat verərək, ölkənin strateji prioritetlərini bir daha nümayiş etdirdi.

Məşhur Məmmədov,
​Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 13 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri