Icma.az
close
up
RU
Yeni epidemiya NOROVİRUS: Nədir, simptomları hansılardır və necə qorunmaq olar?

Yeni epidemiya NOROVİRUS: Nədir, simptomları hansılardır və necə qorunmaq olar?

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Mədə-bağırsaq infeksiyasına səbəb olan norovirus halları ABŞ-dən sonra Böyük Britaniyada da rekord həddə çatıb.

Keçən həftə ərzində hər gün orta hesabla 961 xəstəxana çarpayısı ishal, qusma və norovirus əlamətləri olan pasiyentlərlə dolub. Bu, əvvəlki həftəyə nisbətən 7% artım deməkdir və mövsümün ən yüksək göstəricisi hesab edilir. Ötən il eyni dövrdə bu simptomlarla xəstəxanaya yerləşdirilənlərin sayı 570, iki il əvvəl isə 750 nəfər olub.

Norovirus nədir?

Norovirus mədə-bağırsaq iltihabına (qastroenterit) səbəb olan son dərəcə yoluxucu bir virusdur.

BAKU.WS xəbər verir ki, Pall Mall Medical klinikasından Dr. Çun Tanq bildirib ki, "Norovirus çirklənmiş qida, su, səthlər və ya yoluxmuş insanlarla birbaşa təmas yolu ilə asanlıqla yayılır. Həmçinin virusa bulaşmış səthlərə toxunduqdan sonra əllərin ağıza aparılması və ya yoluxmuş biri tərəfindən hazırlanmış qidanın istehlakı ilə də yoluxa bilər".

Norovirus kimlər üçün daha təhlükəlidir?

Hər kəs norovirusa yoluxa bilər, lakin virus qapalı məkanlarda daha sürətlə yayılır. Dr. Tanq vurğulayıb ki, "Məktəblər, xəstəxanalar və qocalar evləri kimi insanların yaxın təmasda olduğu mühitlərdə yoluxma riski daha yüksəkdir. İmmuniteti zəif olan şəxslər, yaşlılar və azyaşlı uşaqlar daha böyük risk altındadır, çünki onlar orqanizmdə su balansını qorumaqda çətinlik çəkirlər. Lakin sağlam böyüklər də bu virusdan ciddi şəkildə təsirlənə bilər".

Norovirusun simptomları hansılardır?

Norovirus infeksiyasının əsas simptomları ürəkbulanma, ishal və qusmadır.

Dr. Aşvin Şarma bildirib ki, "Bəzi xəstələrdə qızdırma, baş ağrısı və əzələ ağrıları da müşahidə edilə bilər. Simptomlar ağır və ya uzunmüddətli olarsa, dərhal tibbi yardım almaq vacibdir".

Norovirusa qarşı necə qorunmaq olar?

Norovirusdan qorunmağın ən effektiv yolu əl gigiyenasına riayət etməkdir.

Dr. Tanq qeyd edib ki, "Əlləri mütəmadi olaraq sabun və su ilə yumaq çox vacibdir. Əl dezinfeksiyaedici məhlullar norovirusa qarşı kifayət qədər təsirli deyil, buna görə ən yaxşı müdafiə üsulu ənənəvi əl yuma texnikalarından istifadə etməkdir".

Bundan əlavə, mətbəx və vanna otağı səthlərinin mütəmadi dezinfeksiya edilməsi, meyvə-tərəvəzlərin yaxşıca yuyulması tövsiyə edilir. Dr. Tanq xəbərdarlıq edib: "Əgər ətrafınızdakı insan norovirusa yoluxubsa, onunla birbaşa təmasdan çəkinməli və gigiyena qaydalarına daha ciddi əməl etməlisiniz. Simptomlar davam edərsə, mütləq həkimə müraciət edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri