“Yeni ərazilərdə müharibəyə hazırıq” Tehrandan ABŞ yə qəfil zərbə XƏBƏRDARLIĞI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya bəyan edib ki, İslam Respublikasına qarşı hər hansı təkrar hücum baş verərsə, Tehran ABŞ-yə qarşı yeni silahlar və strateji metodlar da daxil olmaqla "gözlənilməz variantlar" işə salacaq.
Redaktor.az xəbər verir ki, bu barədə o, IRNA xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.
Əkrəminiya xəbərdarlıq edib ki, əgər ABŞ yenidən səhvə yol verərək İran ərazisinə hücum edərsə, daha inkişaf etmiş hərbi texnika və yeni müharibə metodları ilə qarşılaşacaq. O, ən mühüm məqam kimi münaqişəyə "yeni ərazilərin" daxil ediləcəyini vurğulayıb.
Hərbi sözçünün iddiasına görə, döyüşlərin yeni coğrafi ərazilərə yayılması Tehranın düşməni qəfil yaxalamasına imkan verəcək.
O qeyd edib ki, rəsmi Vaşinqton hadisələrin bu cür inkişaf ssenarisini qabaqcadan proqnozlaşdıra bilməyəcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 10 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















