Icma.az
close
up
RU
Yeni evlənənlərə 32 min manat verilməsi müzakirə yaratdı

Yeni evlənənlərə 32 min manat verilməsi müzakirə yaratdı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərində yeni evlənən cütlüklərə 70 min dirhəm (təxminən 32 min manat) məbləğində dəstək verilməsi müzakirələr yaradıb.

Ölkə.Az xəbər verir ki, proqramın əsas şərti pul deyil, ailə həyatı ilə bağlı məcburi kurs və mühazirələrdə iştirakdır. Gənclərə sadəcə nikaha daxil olmaq yox, birlikdə yaşamağı öyrənmək təklif olunur.

Bu təşəbbüsə bəziləri praqmatik yanaşır: dövlət demoqrafiyanı stimullaşdırır. Amma psixoloji baxımdan yanaşdıqda, burada daha incə mesaj var – evlilik “qaranlığa atılan addım” deyil, hazırlıq tələb edən yeni həyat mərhələsidir.

Bu model müəyyən mənada sovet dövrünü xatırladır. SSRİ-də nikah üçün müraciət etdikdən sonra gənclərə “novobraçnı” mağazasına dəvət verilirdi. Bir ay ərzində yeni ailə üçün zəruri əşyalar almaq mümkün olurdu. Bu, sadəcə alış-veriş deyildi – ailəvi ritual idi. Yaxınlar dəstək olur, gənc cütlük isə psixoloji olaraq yeni rolu “üzərinə geyinirdi”.

Sosial psixologiyada buna “qapıda ayaq” mexanizmi deyilir: insan əvvəl kiçik bir öhdəliyi qəbul edir, sonra daha böyüyünü daşımaq asanlaşır. Bu manipulyasiya deyil, təşvişin azaldılmasıdır. Kiçik və anlaşılan addımlar psixikanın qaçmasının qarşısını alır.

Əmirliklərdə isə proses daha sistemlidir: cütlük 6 ay ərzində 12 moduldan ibarət Eddad proqramında iştirak edir – münasibətlər, maliyyə, ailə, valideynlik kimi mövzular tədris olunur. Bu, ailəyə uzunmüddətli psixoloji və praktiki hazırlıq deməkdir.

Bu gün sürət əsrində insanlar 30 yaşa çatanda sanki qəfil oyanır: “Az əvvəl məktəbdə idim, indi isə ailə qurmaq vaxtıdır”. Psixoloq konsultasiyalarında tez-tez eşidilən cümlə budur: “Bir-birimizi sevirik, amma qorxuruq – birdən hər şey dağılar”.

Məhz buna görə əsas məsələ məbləğ deyil, siqnaldır. Cəmiyyət və dövlət deyir: münasibət təkcə ehtiras deyil, həm də birgə layihədir.

Ehtiras sönə bilər. Amma uzunömürlü ailə münasibətləri ortaq ritual, sakit gündəlik həyat, qarşılıqlı dəstək və münaqişələri dağıtmadan həll etmə bacarığı üzərində qurulur.

Ailə qurmaq risk deyil, öyrənilə bilən proses kimi təqdim olunanda insanlar ilk məişət toqquşmasında qaçmır.//Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri