Icma.az
close
up
RU
Yeni formatlı, limitsiz Premyer Liqa necə görünür? Proqnozlar doğrulmur

Yeni formatlı, limitsiz Premyer Liqa necə görünür? Proqnozlar doğrulmur

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında iki tur arxada qalıb. Artıq start təəssüratlarımızı bölüşə bilərik. Proqnozlar və gözləntilər özünü doğruldurmu? Başlanğıc məntiqli gedişatın carçısı olacaq, yoxsa qəfil geridönüşlər start dəyərləndirməsində ehtiyatlı yanaşmanı labüd edir? Bu yazıda Premyer Liqanın geridə qalan oyunlarını, o cümlədən komandaların hazırki durumlarını dəyərləndirəcəyik. 

Limit ləğv edildi, axın oldu, ancaq...

Premyer Liqanın cari mövsümü özündə bir çox yenilikləri ehtiva edir. Sonuncu dəfə 2012/13 mövsümündə gördüyümüz 12 komandalı çempionat oyun sayının, məşqçi və futbolçu kontingentinin artmasına yol açdığı kimi, rəqabət mühitini də geniş əhatə etməlidir. Hərçənd, paralel olaraq limitin ləğvindən sonra çempionatda imkanlı və imkansız komandalar arasında qütbləşmənin dərinləşəcəyi ilə bağlı əndişə var idi. Xüsusilə yeni qoşulan komandalarda bunun özünü daha qabarıq göstərəcəyi proqnozlaşdırılırdı. Limitin ləğvi zəif və ya qiyməti süni şəkildə bahalaşdırılan legionerlərin ölkəyə axınına yol aça bilərdi. Doğrudur, say etibarilə belə də oldu. 12 komanda bu yay 90-a yaxın əcnəbi oyunçunun keçidini reallaşdırıb. Bunlardan bir neçəsi daxili bazardakı yerdəyişmə nəticəsində baş tutub. İstənilən halda, hər klub orta hesabla 7-8 legionerə qucaq açıb. Bu mənada debütant "Karvan-Yevlax" bayraqdardır - 12 oyunçu. Digər debütantlar "Qəbələ" və "İmişli" isə hərəyə 8 legioner transfer ediblər. 


"Qarabağ" - Dani Bolt ("Torrense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Sami Mmai ("Dinamo Zaqreb", Xorvatiya), Joni Montiel ("Rayo Valyekano", İspaniya), Kamilo Duran (“Portimonense”, Portuqaliya).

"Zirə" - Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski ("Neftçi"), Abdulaziz Batibie, Vinsent Till (“Sabah”), Leroy Mikels ("Şamaxı"). 

“Araz Naxçıvan" - Bar Cohen (“Makkabi Netaniya”, İsrail), Çance Simakala ("Osnabruk", Almaniya), Bruno Franko ("Lokomotiv", Bolqarıstan), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade ("Qarabağ"), Hamidu Keyta ("Konyaspor", Türkiyə).

"Turan Tovuz" - David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Roberto Olabe (“İbiza”, İspaniya), David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç ("Neftçi"), İbrahima Vadji ("Sent-Etyen", Fransa), Alexandro Serrano, Enrike Silva ("Valyadolid", İspaniya).

"Sabah" - Akim Zedadka ("Pyast", Polşa), Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled ("Anje", Fransa), Velko Simiç ("Sivasspor", Türkiyə/icarə).

"Neftçi" - Sessi D Almeyda ("Apollon", Kipr), Luis Ortis ("Sportivo Ameliano", Paraqvay/icarə), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (AEK, Kipr), Freddi Varqas ("Makkabi Netaniya", İsrail/icarə), Cordan Rezabala ("Dorados", Meksika), Kristian Kostin ("Dinamo", Rumıniya), Kenan Piriç ("Antalyaspor", Türkiyə), Alessio Kurçi (“Francs Borains”, Belçika), Falaye Sako ("Monpelye", Fransa). 

"Şamaxı" - Dioqu Balau, Karim Rossi ("Şaffhauzen", İsveçrə), Sezar Dias Santos ("Caxias", Braziliya), David Tomaz Dos Santos Oliveyra (“Kovilya”, Portuqaliya), Rikardo Apolinario (“Unian Santarem”, Portuqaliya), Abdullahi Şuaybu ("Qəbələ"), Antonio Laran.

"Sumqayıt" - Pedru Pintu ("Petro Luanda", Anqola), Aleksa Yankoviç (“Radniçki”, Serbiya), Aleksandr Ramalinqom ("Bney Saxnin", İsrail), Rayan Senhaci ("Fakel", Rusiya), Nikola Ninkoviç ("Tekstilaç", Serbiya), Abdul Raşid Mumini, Masaki Murata ("Valye", Danimarka), Keffel Resende (“Portimonense”, Portuqaliya), İmani Barker ("Karvan-Yevlax", icarə).

"Kəpəz" - Pedru Qomeş ("Boavişta"), Adama Fofana ("Adanaspor", Türkiyə), Otar Aptsiauri ("Dinamo Tbilisi", Gürcüstan), Katsper Rosa ("Motor", Polşa), Onanuqa Olovale ("Bney Yehuda", İsrail), Vitor Feijao ("Sentral Kost Mariners", Avstraliya), Donqo Kresus Donald (BATE, Belarus).

"Qəbələ" - Prins Ovusu, İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn), Adriel Ba Lua ("Kan", Fransa), Eduardo Kunde ("Persis", İndoneziya), İbrahim Sanqare “Hapoel Hadera”, İsrail), Xayme Syerra ("Varajdin", Xorvatiya), Salihu Nasiru (“Kanemi Uorriorz”, Nigeriya). 

"İmişli" - Ronaldo Rodrigues de Souza ("Borneo", İndoneziya), Rafael Vieqas, Ezekiel Morqan ("Karvan"), Nikola Karaklayiç ("Novi Pazar", Serbiya), Luis Fernando Silvestr Junior, Yav Mozes, Dioqu Almeyda, Edvin Banqera (“Felqeyraş”, Portuqaliya).

"Karvan-Yevlax" - David Oliveira Souza ("Zabbar", Malta), Kayl Spens ("Kolreyn", Şimali İrlandiya), Qavi Tompson (“Sportinq Lagos”, Nigeriya), Olavale Doyeni (“Plateau Yunayted”, Nigeriya),  Samuel Durrant (“Connahs Quay”, Uels), Mois Nqvisani (“Vilç”, Lüksenburq), Şaquill Sno ("Qzira", Malta), Vitor Roşa ("Sanxoanense”, Portuqaliya), Səid İranxan ("Paykan", İran), Coy Slayd Mikels (“Uevekoven”, Almaniya), Pedro Mateus, İmani Barker ("Sumqayıt", icarə).

Uçurum görünmür - "Kəpəz"i saymasaq... 

Hələki nəzəri cəhətdən birinci və ikinci altılığa bölünən komandalar arasında qütbləşmə gözə dəymir. Əksinə, istər "Qəbələ", "Karvan" və "İmişli", istərsə də "Sumqayıt"la "Şamaxı" təəccübləndirməyə davam edirlər. Bu mənada yalnız "Kəpəz" statusuna uyğun gəlir...


"Sumqayıt"ın mövsümə belə başlayacağına bəlkə də ən nikbin azarkeşi belə inanmırdı. "Gənclik şəhəri" təmsilçisinin ilk turda "Kəpəz"ə qalib (3:0) gələndə çoxları bunu təqvimin adilliyi ilə əlaqələndirdi. Çünki aşkar autsayder olan Gəncə komandasına əksəriyyət "asan yem" gözü ilə baxır. Ancaq "Qarabağ"la növbəti oyunun nəticəsi əsl sensasiya oldu. Baxmayaraq ki, bütün diqqətini Çempionlar Liqasına yönəldən Ağdam təmsilçisi ilk dəqiqələrdən ehtiyat qüvvəni meydana buraxmışdı. Ancaq "Qarabağ"ın ötən mövsümlərdə də iki cəbhədə mübarizə apararkən rotasiyadan yararlandığı, "ikinci heyət"lə dəfələrlə qalib gəldiyi gün kimi aydındır. Amma bu dəfə daş qayaya rast gəldi. "Köhlən atlar" meydan sahiblərinin müqavimətini qıra bilmədi, bu azmış kimi qapısında qol görərək meydanı məğlub (0:1) tərk etməli oldu.


"Sumqayıt"ın inamlı çıxışında Saşa İliç amilini qabartmamaq olmaz. Sabiq "Qalatasaray"lının baş məşqçi postuna gəlişi ilə komandanın oyun intizamı, özünəinamı və mübarizə əzmi nəzərəçarpacaq dərəcədə dəyişib. "Sumqayıt" onun rəhbərliyi altında həm hücumda baxımlı oyun sərgiləyir, həm də müdafiədə etibarlı oynayır. Təsadüfi deyil ki, hər iki görüşdə meydanı qol(lar) vuraraq tək edən "kimyaçılar" qapısından top buraxmayıb.

"İmişli"də də əcnəbi baş məşqçi amili, o cümlədən "sıradışı" olmayan legionerlərin performansı qeyd olunmalıdır. Düzdür, Aran təmsilçisi qol vurmaq baxımından əziyyət çəkir. Amma portuqaliyalı Jorje Kaşkilyanın komandası fiziki cəhətdən hazırlıqlı olması, mübarizə əzmi, çoxsaylı qol epizodları yaratması və ən əsası, etibarlı müdafiəsi ilə rəğbət oyadır. "İmişli" ilk turda "Turan Tovuz"a son saniyələrdə buraxdığı yeganə qol sayəsində uduzsa da, qoldan 3 dəqiqə əvvəl üzləşdikləri bəxtsizlik, iki oyunçusunun toqquşaraq xəsarət alması, ümumilikdə həmin dəqiqədə 3 məcburi əvəzetmənin baş tutması (1-i qapıçı) gedişata birbaşa təsir göstərdi. Kaşkilyanın komandası son turda "Neftçi"dən xal almaqla digər iddialılara bir daha "dişini göstərdi".

Daha bir əcnəbi mütəxəssisin rəhbərliyi altında oynayan "Qəbələ" Kaxaber Tsxadadzenin sayəsində sürprizlər vəd edir. Premyer Liqaya Birinci Liqanın qalibi kimi yüksələn "qırmızı-qaralar"ın da rəqiblərinə "boy göstərəcəy"i şübhə doğurmur. İlk turda "Karvan-Yevlax"la qollu heç-heçəyə (1:1) razılaşan "Qəbələ" son oyununda "Zirə"ni xeyli tərlətdi. Hesabı açmasına rəğmən, sonradan 2 top buraxaraq uduzan komandanın ilk baxışdan müdafiə planında axsadığını demək olar. Əslində isə hücumçular daha çox qınanmalıdır. Çünki komanda xeyli qol epizodu yaradır, sadəcə dəyərləndirmə faizi aşağıdır. Belədə gərginlik pik həddə çatır və müdafiə yüklənir. Bununla belə, "Qəbələ"nin şən və rəngarəng oyunu göz oxşayır.


Təəccübləndirməyə davam edən komandalardan biri də "Karvan-Yevlax"dır. Yerli mütəxəssis, Pro kateqoriyalı Azər Həşimov hələki ümidləri doğruldur. Yevlax təmsilçisi qeyd etdiyimiz kimi, mövsümə 1 xalla başladı, 2-ci turda isə "Kəpəz"i məğlub edərək ilk qələbəsini qazandı. İki turdan sonra çempionatda 6 komanda məğlub olmayıb ki, onlardan biri də yevlaxlılardır. Üstəlik, Həşimovun komandası məhsuldar (2 oyun, 4 qol) iki kollektivdən biridir. Düzdür, elita təcrübəsizliyi müəyyən məqamlarda, bəzi oyun epizodlarında diqqət çəkir. Məsələn, komanda "Kəpəz"lə oyunda iki dəfə 2 top fərqi yaratsa da, az qala sonda üstünlüyünü əldən verəcəkdi. 

"Şamaxı"ya gəlincə, Ayxan Abbasovun komandası iddialıların baş ağrısı olmağa davam edir. Baxmayaraq ki, bölgə təmsilçisi yayda büsbütün yenilənib. Düzdür, "Sabah" 2-ci turda "Şamaxı" ilə səfər oyunlarındakı tilsimi qıra bildi. Ancaq bu, bakılılara heç də asan başa gəlmədi. Əvəzində "aslanlar" ilk turda "Neftçi"dən xal aldı. Komandanın əsas sınağı 3-cü turda lider "Sumqayıt"a qarşı olacaq. 
Azarkeşlərini üzməyə davam edən "Kəpəz"in dərdi isə başqadır. Klubdaxili atmosfer qaydaya düşsə, bunun komandanın çıxışına da təsiri ehtimal olunandır. Ümid edək ki, "qərb təmsilçisi" çempionatın baxımlılığına xələl gətirməyəcək...             

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri