Icma.az
close
up
RU
Yeni geosiyasi əməkdaşlıq modeli

Yeni geosiyasi əməkdaşlıq modeli

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu mühüm sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın strateji müstəviyə yüksəldiyini təsdiqləyib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə bir sıra mühüm siyasi və iqtisadi məqamlara toxunaraq ötən il Astanada imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini xüsusi olaraq qeyd edib. Dövlətimizin başçısı bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”.

Azərbaycan-Çin münasibətləri son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində əldə olunan bu Bəyannamə tərəflər arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində imzalanan bu sənəd ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açmaqla yanaşı, “Kəmər və yol” təşəbbüsü çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Bəyannamədə neft və qaz, neft-kimya, yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar, süni intellekt və kosmik sənaye kimi sahələrdə sərmayə və əməkdaşlığın inkişaf etdirilməsi xüsusi vurğulanır.
Bu mühüm sənəd, həmçinin Azərbaycanla Çin arasında qarşılıqlı maraqların və strateji əməkdaşlıq sahələrinin genişləndirilməsini hədəfləyir. Müxtəlif sahələrdə nəzərdə tutulan təşəbbüslər və layihələr iki ölkə arasında tərəfdaşlığı daha da dərinləşdirəcək və davamlı inkişafa təkan verəcəkdir.
Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regional və qlobal səviyyədə də strateji əhəmiyyət kəsb edir. Birgə Bəyannamə və “Kəmər və yol” təşəbbüsündə fəal iştirak bu əlaqələrin davamlı inkişafının əsas dayaqlarını təşkil edir.
Bu əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar və mədəniyyət müstəvisində də qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə zəmin yaradır. Qarşılıqlı səfərlər, təhsil və mədəniyyət layihələri iki xalq arasında dostluğun və anlaşmanın güclənməsinə xidmət edir. Əminliklə demək olar ki, gələcək illərdə bu tərəfdaşlıq yeni layihələrlə daha da möhkəmlənəcək və hər iki dövlət üçün qarşılıqlı faydalı nəticələr verəcəkdir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri