Icma.az
close
up
RU
Yeni geosiyasi reallıqlar: Qərbin Bakı və Ankaraya üz tutması Şərh

Yeni geosiyasi reallıqlar: Qərbin Bakı və Ankaraya üz tutması Şərh

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Avstriya parlamentində ilk dəfə olaraq Azərbaycan və Türkiyə parlamentləri ilə iş üzrə vahid işçi qrupunun yaradılması yalnız diplomatik yenilik deyil, Avropanın dəyişən geosiyasi reallıqlarının bariz göstəricisidir. Bu addım həm Vyana diplomatiyasının strateji baxışını, həm də Ankara-Bakı tandeminin artan regional və qlobal çəkisini əks etdirir. Yeni format, Avstriyanın Şərq-Qərb kəsişməsində mühüm rol oynayan iki dövlətlə əməkdaşlığı vahid platformada inkişaf etdirməyə xüsusi önəm verdiyini göstərir”.

Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,  Avstriya-Azərbaycan-Türkiyə vahid işçi qrupunun üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə yalnız siyasi deyil, həm də iqtisadi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində vahid strateji xətt formalaşdıraraq Avropanın geosiyasi həyatında xüsusi rol oynamaqdadır:

“Bu birgə xəttin Avropa üçün əhəmiyyəti bir neçə amildən qaynaqlanır. Birincisi, Azərbaycan və Türkiyə Şərq–Qərb Dəhlizinin mərkəzindədir. Orta Dəhliz- Çindən Avropaya uzanan ən stabil, ən təhlükəsiz və siyasi risk baxımından ən etibarlı marşrut kimi ön plana çıxıb. Bu dəhlizin Azərbaycan və Türkiyəsiz fəaliyyəti mümkün deyil. Avstriya kimi mərkəzi Avropa ölkələri üçün də Orta Dəhliz logistika, enerji təhlükəsizliyi və ticarət zəncirinin davamlılığı baxımından həyati əhəmiyyət daşıyır.

İkincisi, enerji təhlükəsizliyində əvəzolunmaz rol oynayır. Cənub Qaz Dəhlizi Avropanın enerji diversifikasiyasının əsas sütunlarından biridir. Azərbaycan qazı və Türkiyənin tranzit imkanları Avropanın, o cümlədən Avstriyanın enerji sabitliyinə ciddi töhfə verir.

Üçüncüsü, regional sabitlik və təhlükəsizlik ciddi aktor rolunda çıxış edir. Qərb son illərdə Ankaranın və Bakının Cənubi Qafqazda sülh siyasətində,Qara Dəniz regionunda balansın qorunmasında, Yaxın Şərqdə təhlükəsizlik arxitekturasında, Avropanın müdafiə siyasətində artıq mühüm aktor statusu qazandığını açıq şəkildə görür”.

Deputat əlavə edib ki, Avstriyada bunu gördüyündən Bakı və Ankara ilə vahid dostluq siyasətini inkişaf etdirməyi  qarısına hədəf kimi qoyub və bundan faydalanmağa çalışır:
“Azərbaycan və Türkiyənin koordinasiyalı iqtisadi siyasəti, xüsusən də  energetika, logistika, nəqliyyat və sənaye sahələrində sinxronlaşdırılmış layihələr Avstriya üçün yeni əməkdaşlıq imkanları açır. Qlobal güc balansının dəyişməsi Avropanı Şərq tərəfdaşlığını yenidən dəyərləndirməyə vadar edir. Bu kontekstdə Bakı və Ankara stabil, çevik və güclənməkdə olan tərəfdaşlar kimi önə çıxır. Avropanın təhlükəsizlik arxitekturası üçün strateji tərəfdaşlıq məsələsində Avstriya da daxil olmaqla bir çox Avropa paytaxtlarında belə qənaət formalaşıb ki, Cənubi Qafqazda dayanıqlı sülh, Qara Dəniz regionunda təhlükəsizlik, Avropanın enerji və ticarət sabitliyi Türkiyə və Azərbaycan olmadan mümkün deyil. Bu anlayış Avstriyanın iki ölkə ilə əməkdaşlığı vahid formatda inkişaf etdirməsini zəruri edib”.

Yeni parlament formatının və parlament diplomatiyasının siyasi əhəmiyyətinə gəldikdə deputat qeyd edib ki, Avstriya parlamentində Azərbaycan və Türkiyə ilə vahid işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlığı çoxtərəfli platformaya çevirir, Ankara–Bakı tandeminin Avropadakı siyasi nüfuzunun artdığını göstərir, Qərbin bu iki ölkəyə münasibətində yeni səhifə açır:

“Avstriya parlamentariləri ilə aparılan müzakirələr artıq göstərir ki, bu format gələcəkdə genişlənərək enerji, təhlükəsizlik, iqtisadi layihələr və parlamentar diplomatiyada çoxşaxəli əməkdaşlığa çevriləcək. Qərb ölkələrinin son illərdəki yanaşması açıq şəkildə göstərir ki, yeni dünya nizamında, regional və qlobal sülh proseslərində, enerji və iqtisadi təhlükəsizlik sistemində Ankara və Bakı artıq məşvərət olunan deyil, qərarverici aktor statusu daşıyır. Bu, həm də diplomatik və siyasi təsir gücünün genişlənməsi deməkdir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Noyabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri