Yeni geosiyasi xəritə: İrəvan səhnədir, rejissor isə Bakıdır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
“Bu gün Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində İrəvanda baş verənlər təkcə diplomatik hadisə deyil, həm də regionda formalaşmış yeni güc balansının açıq nümayişidir. Açıq demək lazımdır: əgər İkinci Qarabağ müharibəsi sonrası yaranan reallıq olmasaydı, bu miqyasda tədbirin məhz İrəvanda keçirilməsi mümkün olmazdı. Bu reallığın müəllifi isə Bakıdır”.
Bunu Ölkə.az-a açıqlamasında deputat Kamran Bayramov deyib.
Bakı mərkəzli yeni geosiyasi arxitektura
Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, çoxvektorlu və balanslı siyasət nəticəsində Cənubi Qafqaz təkcə region daxilində deyil, daha geniş coğrafiyada- Mərkəzi Asiya, Çin və Yaxın Şərq arasında strateji körpüyə çevrilib: “Bu körpünün əsas dayağı isə Orta Dəhlizdir.
Artıq bu marşrut enerji təhlükəsizliyinin təminatçısıdır; qlobal logistikanın alternativ xəttidir; Avrasiya məkanında sabitlik faktorudur.
Avropa rəsmilərinin İrəvanda səsləndirdiyi fikirlər də bu reallığın etirafıdır.
Ursula von der Leyen açıq şəkildə vurğuladı ki, Cənubi Qafqaz əlaqələrin və nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Bu isə dolayısı ilə Azərbaycanın təşəbbüslərinin Avropa üçün həyati əhəmiyyət daşıdığını göstərir.
Eyni mövqe Kaja Kallas tərəfindən də ifadə olundu. Onun sözlərinə görə, Qafqazın əhəmiyyəti xüsusilə qlobal gərginlik fonunda daha da artır və Orta Dəhlizin inkişafı prioritet müzakirə mövzusudur”.
Avropa Parlamenti: reallıqdan qopan siyasi platforma
Deputat onuda təəssüflə bildirib ki, lakin bu konstruktiv yanaşma ilə paralel olaraq, Avropadakı bəzi siyasi dairələrin destruktiv fəaliyyəti diqqətdən kənarda qalmır: “Xüsusilə Avropa Parlamenti uzun illərdir ki, regiondakı real vəziyyəti təhrif edən mövqe sərgiləyir.
Bu qurum 30 illik işğal dövründə susqun qaldı, humanitar fəlakətlərə göz yumdu, müharibədən sonra isə anti-Azərbaycan kampaniyasını genişləndirdi. Nəticədə, Azərbaycan Respublikasının Milli Məclis haqlı olaraq Avropa Parlamenti ilə əməkdaşlığa xitam verilməsi barədə qərar qəbul etdi. Bu addım emosional deyil – siyasi və prinsipial mövqedir.
Bu qərar bir mesajdır ki, ikili standartlar üzərində qurulan münasibətlər davam edə bilməz.
İrəvan sammiti: Ermənistan üçün tarixi seçim anı
İrəvanda keçirilən sammitin ən mühüm tərəfi isə Ermənistanın qarşısında duran geosiyasi seçimdir.
Bu gün Ermənistanın siyasi taleyi həll olunur. Belə ki, Ermənistan ya region ölkələri, ilk növbədə Azərbaycan və Türkiyə ilə normal, beynəlxalq hüquqa əsaslanan münasibətlər quracaq, ya da əvvəlki kimi böyük güclərin toqquşma meydanı, forpost ölkə rolunu oynayan ölkə olaraq qalacaq.
Reallıq isə sadədir. Bakı və Ankara ilə beynəlxalq hüquq normalarına və normal qonşulq münasibərinə uyğun şəkildə əməkdaşlıq qurmadan Ermənistanın bri dövlət olaraq uzunmüddətli inkişafından danışmaq mümkün deyil. O zaman Ermənistan təcriddə özünü içindən tədricən məhvə sürükləyən coğrafiyaya çevriləcək.
Yeni reallığı qəbul etməyən uduzacaq
İrəvan sammiti bir daha göstərdi ki, regionun geosiyasi mərkəzi Bakıdır. Geniş Avrasiya coğrafiyasında bağlantılarının açarı Azərbaycandır. Bugünkü reallıqda Qərblə Şərq və Mərkəzi Asiya ilə bağlantılar Azərbaycansız mümkün deyil. Sülh və sabitliyin təminatçısı məhz bu yeni reallıqdır. Bu reallığı qəbul edənlər qazanacaq. İnkar edənlər isə prosesdən kənarda qalacaq.
Cənubi Qafqaz artıq münaqişə zonası deyil,
qlobal əməkdaşlıq platformasına çevrilməkdədir”.
Mürtəza
Baxış sayı:183
Bu xəbər 04 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















