Yeni Günəşlidə sürücülərin kabusuna çevrilən yol: Qazdıqları kimi də qoyub gediblər VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qazıntıdan sonra bərpa olunmayan yolda yaranan çökəklik sürücüləri təhlükə ilə üz-üzə qoyub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.
Qeyd olunub ki, söhbət İlqar Musayev küçəsindən gedir.
"Neçə vaxtdır bu ərazidə su xəttində problemlə bağlı qazıntı aparmışdılar. İşlərini bitirdikdən sonra yolu əvvəlki vəziyyətinə qaytarmaq əvəzinə, qazdıqları kimi də qoyub gediblər. Günün qaranlıq saatlarında burada daha təhlükəli vəziyyət yaranır. Kimsə qəzaya düşsə, bunun məsuliyyətini kim daşıyacaq?" - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib:
"Yeni Günəşlidə İlqar Musayev küçəsində içməli su xəttində təmir-bərpa işləri aparılıb. Yaxın günlərdə asfalt qatı bərpa ediləcək", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















