Icma.az
close
up
RU
Yeni hərbi müdaxilə anonsu: qırıcılar göndərildi ABŞ bu ölkəyə girir

Yeni hərbi müdaxilə anonsu: qırıcılar göndərildi ABŞ bu ölkəyə girir

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yaxın günlərdə Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlamağa hazırlaşdığı açıqlanıb. Prezident Donald Tramp bildirib ki, ABŞ Konqresi bu əməliyyatlara qarşı çıxmayacaq.

Eyni zamanda, Tramp mediada “B-1” bombardmançılarının Venesuela sərhədinə göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib edib və xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb.

Bu əməliyyatın pərdəarxasında nə dayanır? ABŞ Venesuelada qalıcı hərbi mövcudluq yarada bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Trampın əsas məqsədi Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsinə nail olmaqdır:

ABŞ Maduronu və onun komandasında olanları ölkəyə narkotik daşımaqda günahlandırır. Vaşinqton həmçinin buna qarşı ciddi əməliyyatlara başlayacağını da bəyan edib. ABŞ-a məxsus “B-52” və “F-35” tipli qırıcı təyyarələr artıq Venesuela yaxınlığında müşahidə olunub. Tramp həmin ərazidə ABŞ gəmilərinə atəş açılacağı təqdirdə dərhal cavab zərbəsi endirilməsi barədə göstəriş verib.

Ağ Ev rəhbərinin açıq məqsədi Maduronun hakimiyyətdən uzaqlaşdırılmasıdır. Venesuela prezidenti seçkilərdə uduzmasına baxmayaraq, hakimiyyəti təhvil vermədi. Bununla yanaşı, Kolumbiya prezidentinin də postdan getməsi Trampın hədəflərindən biridir. O, Kolumbiyanın da ABŞ-a narkotik tədarükündə rol oynadığını iddia edərək yeni cəbhə açır”.


Elşad Həsənov

Politoloqun sözlərinə görə, ABŞ-ın Venesuelanı işğal edib orada hərbi baza yaratmaq planı yoxdur:

“Vaşinqtonun məqsədi narkotik ticarəti ilə məşğul olan şəbəkələri zərərsizləşdirmək və regionda özünə loyal liderlərin hakimiyyətdə qalmasını təmin etməkdir. Bu, güclü dövlətlərin liderlərinə xas yanaşmadır. İstənilir ki, hər bir ölkədə ABŞ-ı dəstəkləyən, onunla əməkdaşlığa açıq prezidentlər olsun”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri