Yeni il gecəsi bunu edin, həyatınız dəyişsin Yeni Gündəm
Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.
Yeni il ərəfəsində qırmızı alt paltarı geyinmək, yolka bəzəmək kimi bir çox ənənələr var. Ümumiyyətlə, xristianlar tərəfindən həyata keçirilən bu ayinlərin mənşəyi tarixə əsaslanır.
Bunların arasında son vaxtlar məşhurlaşan 12 üzüm ənənəsi maraq mövzusuna çevrilib.
19-cu əsrə aid olan 12 üzüm ritualı İspaniyada yaranıb. Bir şayiəyə görə, 1909-cu ildə İspaniyanın Alikante bölgəsindəki üzümçülər həddindən artıq üzüm yığımı səbəbindən bu ənənəyə başlayıblar.
Yeni il gecəsi saat 12-də zəng çalanda 12 üzüm yeyən ispanlar bu ritualın bəxt gətirdiyinə inanırlar. Hər bir üzüm toxumu ayları təmsil edir.
Bolluq və bərəkət rəmzi kimi tanınan üzümləri masanın altında yemək bəxt və bərəkətin davamı sayılır.
Hər üzüm üçün arzu edilir və onun gerçəkləşəcəyinə inanılır. Bu, ilin sonunu qeyd etmək və yeni ilə təmiz bir başlanğıc etmək üçün edilib.
ÜZÜM RİTUALINI NECƏ ETMƏLİ?
Yeni il ərəfəsində saat əqrəbi 12-ni vuranda hər zəng üçün bir üzüm yeyilir. Hesab olunur ki, bunu masanın altında yerinə yetirmək bu ritualı daha da gücləndirir. (News24.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















