Icma.az
close
up
RU
Yeni il gecəsi üçün yerlər azalır, qiymətlər artır

Yeni il gecəsi üçün yerlər azalır, qiymətlər artır

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni ilə sayılı günlər qaldıqca paytaxt restoran və hotellərində qiymətlər də müzakirə mövzusuna çevrilir. Tələbat çoxaldığı üçün bir çox restoranlar menyu paketlərini yeniləyir, xüsusi proqramlar hazırlayır. Yeni il gecəsi üçün təqdim olunan paketlərin qiyməti 100-400 manat arasında dəyişir. Bəziləri bunu artan tələbatla əlaqələndirsə də, sakinlərin bir qismi qiymətlərin həddən artıq yüksəldiyini düşünür.

Gununsesi.info paytaxt və bölgə restoranları ilə əlaqə saxlayıb.

“Manqal Steak House” üçün qiymətlər adambaşı 400 manatdır. Qiymətə menyu və şou-proqram daxildir. Restorandan bildirildi ki, yerlər sadəcə 4 nəfərdən yuxarı qalıb.

“Valentino Baku” üçünsə  adambaşı 150 AZN təşkil edir. Məbləğə tanınmış müğənnilər, şou-proqram, yeyib-içmək daxil.

“ Mənzərə” dən isə qiymətin adambaşı 99 AZN olduğu deyildi. Qiymətə daxildir – yeməklər, içkilər, canlı musiqi şaxta baba.

Restoran qiymətləri ilə bağlı sakinlərin fikirləri isə üst-üstə düşmür. Bəziləri bunu normal saysa da, digərləri qiymət artımını qəbulolunan hesab etmir.

Mütəxəssislər isə qeyd edir ki, restoranlarda yeni il qiymətlərinin artması həm xidmət səviyyəsi, həm də şou-proqramlarla bağlıdır.

Mövzu ilə bağlı  turizm məsələləri üzrə ekspert Rəhman Quliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, şou-proqramların keçirildiyi restoranlarda servizin daha yaxşılaşdırmaq üçün əlavə işçi, personal əlavə edirlər.

“Eyni zamanda qida çeşidlərini də çoxaldırlar. Bu baxımdan bu amillər menyuya ciddi təsir göstərir. İkinci məsələ isə şou-proqramlara əlavə ediləcək tanınmış müğənnlilər və əyləncəli proqramlar da təsir göstərir ki, ümumilikdə qiymətlərin artmasına səbəb olur”, – deyə o vurğulayıb.

Yeni il yaxınlaşdıqca restoran və hotellərdə boş yer tapmaq da çətinləşir. Qiymət artımına baxmayaraq, yerlərin çoxu artıq bron edilib.

Ayşən Rəhim

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri