Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Yeni il mübahisəsi: Biri “haramdır” dedi, digəri isə... İlahiyyatçılar üz üzə

Yeni il mübahisəsi: Biri “haramdır” dedi, digəri isə... İlahiyyatçılar üz üzə

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Yeni il bayramı dini aspektdən mübahisəyə çıxarılıb. Bəziləri bildirirlər ki, İslam dini belə bayramların qeyd edilməsini qadağan edir, günahdır. Digərləri isə bunun xoş bir gün olduğunu irəli sürərək əksini iddia edir.

Bəs reallıq nədir? İslam dini bu məsələyə necə yanaşır?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islam dini heç kimin sevinməsinə və şadlanmasına mane olmur.

Onun sözlərinə görə, əksinə, hər bir müsəlmanın bir-birinin üzünə təbəssümlə baxması Allah yolunda verilən sədəqə hesab olunur:

“Allah Rəsulu (s.ə.s.) buyurur: “Çətinləşdirməyin, asanlaşdırın. Nifrət etdirməyin, sevdirin”. Buradan çıxış edərək demək olar ki, dinimiz sevgi, mərhəmət, şəfqət və gözəlliklərdən ibarətdir. Təbii ki, İslam dinində iki böyük bayram mövcuddur. Bunlardan biri Qurban, digəri isə Ramazan bayramıdır. Cümə günləri isə müsəlmanların üçüncü bayramı hesab olunur. Amma bu o demək deyil ki, biz milli bayramlarımızı qeyd etməməliyik. Eyni zamanda, dövlətin və insanların bayram hesab etdiyi həmrəylik günü və təqvim dəyişikliyi kimi qəbul edilən Yeni ili də inkar etməməliyik”.

Rüfət Qarayev

İlahiyyatçı bildirib ki, hər hansı təqvimin xüsusi günləri müsəlmanları Allahdan, Rəsuldan, dini və mənəvi dəyərlərdən uzaq salmamalıdır:

“Həzrət Əli (ə) buyurur: “Bayram o gün bayram olur ki, insan hiss etsin – onun günahları Allah tərəfindən bağışlanır”. Təəssüf ki, bir çox insanlar bayramı özləri üçün imtiyaz hesab edərək böyük günahlara yol verir, bu əməlləri ilə Allahı və Rəsulunu narazı salırlar”.

İlahiyyatçı Hacı Qamət Süleymanov qeyd edib ki, islam dinində Yeni ilin qeyd edilməsi haramdır:

“Yeni ilin qeyd olunması, nəinki dinimizlə, heç adət-ənənələrimizlə də uyğun gəlmir. Bizim adətimizdə belə bir bayram olub? İlk növbədə adət-ənənələrimizi bilməliyik. Bu, sadəcə bizə kommunistlərdən qalan bir “miras”dır. Dini baxımdan belə bayramların qeyd olunması bəyənilmir”.

Hacı Qamət Süleymanov

İlahiyyatçının sözlərinə görə, müsəlman ölkələrinin əksəriyyətində həmin gün bayram kimi qeyd edilmir:

Yeni il İsa peyğəmbərin (ə) doğumu ilə əlaqələndirilir və bunu əsasən xristianlar qeyd edirlər. İslam dininə görə isə başqa dinlərin adətlərini mənimsəmək düzgün deyil. Doğrudur, bizdə artıq dövlət səviyyəsində qeyd olunur və adətə çevrilib. Amma dini baxımdan bu, günah sayılır və adət-ənənələrimizə uyğun deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see330

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see166

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see162

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see143

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see140

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see135

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see134

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see133

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see133

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see131

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri