Icma.az
close
up
RU
Yeni il süfrəsi təxminən neçəyə başa gələcək? Bazarlardakı QİYMƏTLƏR

Yeni il süfrəsi təxminən neçəyə başa gələcək? Bazarlardakı QİYMƏTLƏR

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni il ərəfəsi ənənəvi olaraq bazarlarda canlanma dövrüdür. Azərbaycanda bu dövr ərzində əsas ərzaq məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Həm mövsümi faktorlar, həm də bayram tələbatının yüksəlməsi ərzaq məhsullarının qiymətinə təsir edir. 

Bəs orta statistik ailənin Yeni il süfrəsi təxminən neçəyə başa gələcək?


 
Sfera.az
bildirir ki, Bakı və ətraf bazarlarda meyvə, tərəvəz və digər ərzaq məhsullarının qiymətləri aşağıdakı kimidir:

Mandarin: 1 kiloqramı 2.50-4 manat arasında dəyişir
Alma: 2.25-4 manat
Armud: 1.99-4 manat
Heyva: 1.65-3 manat
Xurma: 1.35-2 manat
Banan: 3 manat
Ananas: 5 manat
Kivi: 5 manat
Mandarin: 3 manat
Kök: 1.09 manat
Bibər: 3.59-6.49
Pomidor: 2.89-6 manat
Xiyar: 3.39-5 manat
Kartof: 0.89-1,6 manat
Soğan: 0.59-1,4 manat
Quzu əti: 20-22 manat
Mal əti: 15-18 manat

Təbii ki, bayramlarda demək olar ki, hər azərbaycanlının süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı “Şah plov”dur.  “Şah plov”un hazırlanması üçün lazım olan inqridiyentlərin qiyməti aşağıdakı kimidir:

Düyü: kiloqramı 3-8 manat aralığında dəyişir
Şabalıd: 10 manat
Qoz: 8-9 manat
Fındıq: 6-8 manat
Qoz ləpəsi: 19 manat
Fındıq ləpəsi: 22 manat
Kişmiş (ağ): 9-18 manat
Kişmiş (qara): 12-20 manat
Alça turşusu: 6 manat
Albuxara: 9 manat
Ərik turşusu: 17 manat

2023-cü ilin dekabrında oxşar dövr ərzində qiymətlər cari vəziyyətdən daha aşağı idi. Belə ki, ötən ilin müvafiq dövründə pomidorun 1 kiloqramı 2.40 manat ətrafında dəyişirdi.

Digər məhsulların qiyməti aşağıdakı kimi olub:

Xiyar: kiloqramı 2.40 manat
Mal əti: 14-16 manat
Qoyun əti: 15-16 manat
Toyuq əti: 6 manat
Toyuq filesi: 8.9 manat

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 5 faizədək bahalaşıb. O cümlədən, ət və ət məhsulları 6 faiz, meyvələr 10 faiz, tərəvəzlər 7 faiz, yağlar 4 faizdən çox, mineral su və şirələr 5 faiz, spirtli içkilər (araq, konyak) 5 faiz bahalaşıb. 

Son bir il ərzində ərzaq məhsullarında ümumi inflyasiya isə 5%-ə yaxın olub.

Qeyd edək ki, idxal olunan məhsullarda daha çox bahalaşma müşahidə edilir. Xüsusilə sitrus meyvələrinin qiymətində yüksək artım qeydə alınıb.

Qiymət artımının bir neçə əsas səbəbi var. Belə ki, Yeni il süfrəsi üçün ən çox alınan məhsullara tələbatın artması qiymətləri yüksəldir. Sitrus meyvələri və ekzotik meyvələrin qiyməti idxal xərclərinin artması səbəbindən yüksəkdir. Beynəlxalq bazarlarda ərzaq məhsullarının bahalaşması, o cümlədən daşınma və logistika xərclərinin artması yerli bazarlara da təsir edir. İqlim şəraiti səbəbindən yerli məhsulların miqdarı azalır, idxal məhsulları üstünlük təşkil edir.

Bazarlarda qiymətlərdən narazı olan alıcılar bunu xüsusilə vurğulayır.

“Hər il bayram öncəsi qiymətlər artır. Sadə ailələr üçün yaxşı süfrə hazırlamaq çətinləşib”, - alıcılar bildirir.

Satıcılar isə artımı təchizatçılardan gələn yüksək qiymətlərlə əlaqələndirirlər.

Azərbaycanda orta ailə 4 nəfərdən ibarətdir. Qiymətləri nəzərə alsaq, Yeni il bayramı üçün minimum səviyyədə süfrə qurulması təxminən 300-400 manat tələb edir. 

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri