Icma.az
close
up
RU
Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır

Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Astroloqların fikrincə, Yeni il gecəsində yalnız gözəl obraz seçmək kifayət deyil, həm də müəyyən rənglərdən qaçmaq vacibdir. 2026-cı ilin simvolu olan odlu at rənglərə qarşı həssasdır və uyğun olmayan seçim il başlayar-başlamaz yorğunluq, gərginlik və ya durğunluq hissi yarada bilər.

Lent.az xarici mediaya istinadla hansı rənglərin xoşagəlməz enerji daşıdığını izah edir.

Soyuq mavi və buz kimi açıq göy

Bu çalarlar xoşbəxtliyə mane ola və ilin əvvəlində emosional soyuqluq yarada bilər. Onlar 2026-cı ilin od enerjisini zəiflədir və insanın pozitiv hadisələr üçün “görünməz” olmasına səbəb olur. Soyuq mavi münasibətlərdə laqeydlik, sevinc gətirə biləcək mühüm anların isə solğunlaşması ilə əlaqələndirilir.

Buz kimi açıq göy isə uzaqlaşdırıcı enerji daşıyır və Yeni il gecəsində taleyin sizə gətirə biləcəyi hədiyyələrlə aranıza məsafə qoya bilər.

Təmiz ağ

Ağ rəng bayram gecəsi gözəl görünsə də, astroloqlara görə, 31 dekabrda o, lazımlı enerjiləri “silib ata” bilər. Şərq ənənəsinə əsasən ağ rəng boşluqla assosiasiya olunur və bu, Yeni il gecəsində şansın azalması və emosional dəstəyin zəifləməsi ilə özünü göstərə bilər. Sevgidə ağ rəng uzaqlaşma, maliyyədə isə qeyri-müəyyənlik yaradır, sanki ələ almaq istədiyiniz şeylər əlinizdən çıxır.

Bütün solğun çalarlardakı boz

Boz rəng ddlu atın gücünü zəiflədir və maliyyə axınlarını bloklaya bilər. O, yorğunluq, qeyri-müəyyən niyyətlər və ilham çatışmazlığı ilə əlaqələndirilir. Bu rəng ilin ilk günlərini ağır və zəif enerjili edə, mühüm prosesləri ləngidə bilər. Astroloqlar boz rəngi Yeni il gecəsi üçün ən riskli çalar adlandırırlar.

Bataqlıq rəngi, xaki və zeytun tonları

Yaşılın çirkli və tünd çalarları 2026-cı ildə məişət problemləri və anlaşılmazlıqları özünə çəkə bilər. Bu rənglər uğursuzluğu simvolizə etdiyindən, il ərzində xırda, lakin bezdirici çətinliklərə səbəb ola bilər. Maliyyədə bu tonlar gecikmələr və düşünülməmiş addımlar riskini artırır. Münasibətlərdə isə əsassız qısqanclıq və gərginlik yarada bilər.

Soyuq çəhrayı

Bu çalara sahib geyim yüngüllüyü azaldır və emosional dalğalanmalar gətirir. O, insanı daha həssas edir və yeni tanışlıqların qarşısını ala bilər. Münasibətlərdə soyuq çəhrayı qeyri-müəyyənlik və narahat anlar yarada bilər. Həmçinin ilin əvvəlində maliyyə enerjisinin zəifləməsinə təsir göstərir.

Təmiz “güzgüvari” parıltıya malik gümüş

Gümüş metalın soyuğu ilə assosiasiya edilir. Odlu At ilində bu rəng od enerjisinin birbaşa əksidir və şans, pul axınlarını zəiflədə bilər. Gümüş insanın həyatında sanki “pauza” effekti yaradır.Münasibətlərdə gümüş yanlış anlaşılma və səssiz konfliktlər riskini artırır, maliyyə məsələlərində isə qeyri-sabitlik və səhv qərarlar ilə nəticələnə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri