Yeni ildə “Şaxta baba”, “Qar qız” olmayacaq?
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Yeni il ərəfəsində paytaxtda müşahidə edilən atributlardan biri də “Şaxta baba” və “Qar qız”dır.
Son illər isə paytaxtda Yeni ilin sevilən personajları “Şaxta baba” və “Qar qız”a demək olar ki, çox nadir hallarda rast gəlinir.
Bəs bu il Yeni il personajı olmaq üçün müraciət edən var?
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, son iki ildir heç kim “Şaxta baba” və “Qar qız” olmaq üçün müraciət etməyib, rüsum da dəyişməyib, 60 manatdır.
Qeyd edək ki, son vaxtlar insanlar artıq “Şaxta baba” və “Qar qız”la şəkil çəkdirməyə maraq göstərmir. Nəticədə onlar da ödədikləri rüsumları ödəyə bilmirlər.
Onu da vurğulayaq ki, son zamanlar Yeni il gecəsi “Şaxta baba” və “Qar qız”ın evlərə dəvət edilməsi dəb halını alıb.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















