Icma.az
close
up
RU
Yeni ildə sevgilisini öldürdü: Cəsədi ilə yaşadı

Yeni ildə sevgilisini öldürdü: Cəsədi ilə yaşadı

Sankt-Peterburqda mənzillərin birində 28 yaşlı qızın yarıçürümüş meyiti tapılıb. 

“Cebheinfo.az” “78.ru”-ya istinadən xəbər verir ki, meyit barədə onun birgə yaşadığı şəxs hüquq-mühafizə orqanlarına məlumat verib.

Mətbuatda yayılan məlumata görə, kişi yeni il gecəsi sevgilisini öldürüb, sonra isə onun meyiti ilə bir aya yaxın yaşayıb. Məlum olub ki, gənc Volqoqraddan gəlib. O, Mojayski küçəsində bir qızla kirayədə yaşayırmış. Onlar arasında mübahisə yanvarın 1-nə keçən gecə baş verib.

Kişi özündən çıxıb və çəkiclə sevgilisinin başına vurub, daha sonra boynuna qalstuk sarıyaraq onu boğub. Qızın nəfəsi kəsiləndə onu otaqlardan birinə qoyub.

O, həkim çağırmayıb, polisə müraciət etməyib və yanvarın 23-dək həmin mənzildə, qonşu otaqda yaşayıb. Lakin sonra cəsədi gizlədə bilməyəcəyini başa düşüb. Vəkilinə müraciət edərək hər şeyi etiraf etdi. Daha sonra  polisə müraciət edib.

Mənzilə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları artıq çürümə mərhələsində olan meyit aşkar ediblər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:46
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri