Icma.az
close
up
RU
Yeni İli İstanbulda qarşılamaq üçün ən romantik tətil seçimləri

Yeni İli İstanbulda qarşılamaq üçün ən romantik tətil seçimləri

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin iki qitəni birləşdirən möhtəşəm şəhəri İstanbul yeni İli romantik və unudulmaz etmək istəyən cütlüklər üçün ideal məkandır. Bosforun sehrli sularında gəmi turu, Şahzadə Adalarının sakitliyində istirahət, tarixi qüllələrin zirvəsində xatirələrə yazılacaq anlar, Michelin ulduzlu restoranlarda romantik bir şam yeməyi yeni ilinizi unudulmaz edəcək. Sadaladıqlarımız  İstanbulun füsunkar gözəlliyini hiss etmək üçün mükəmməl seçimlərdir. Gəlin, Yeni İl tətiliniz zamanı İstanbulda sizi nələrin gözlədiyini kəşf edək!


Şəhər tətilinin sehrini yaşayın


Yeni il səfərinizə başlamazdan əvvəl, bol çeşidli, həm şirin, həm də duzlu təamlardan ibarət zəngin bir türk səhər yeməyi və yaxşı dəmlənmiş çayla günə enerji qatın. Kəşf etdikcə heyran qalacağınız İstanbul, aşiq cütlüklər üçün bənzərsiz bir şəhərdir. Memarlıq möcüzələri, rəngarəng küçələri və sənət incisi muzeyləri ilə bu şəhər ən gözəl əl-ələ dolaşaraq kəşf olunur.

Şəhərin ən romantik simvollarından olan Qalata və Qız Qüllələri bu səfərdə mütləq yolunuzu gözləyir. Qalata Qülləsinə birlikdə ilk dəfə qalxanların bir gün evlənəcəyinə dair məşhur bir rəvayət var. Bosforun ortasında zərif bir qız kimi dayanan Qız Qülləsi isə bu gözəl şəhərin bütün cazibəsini özündə əks etdirir və muzey kimi yenidən ziyarətçilərini qəbul edir.

Günün sonunda 2025-ci ili qarşılamaq üçün İstanbulun məşhur "meyxana"larında rakı ilə qeyd edə bilərsiniz. Yerli meyxanalarda İstanbulun ən ləziz balığı, müxtəlif məzələr və canlı musiqi ilə  unudulmaz bir gecə sizi gözləyir. Bu, yalnız İstanbula məxsus  yerlərdir!

Yeni İli fərqli və yaddaqalan şəkildə qarşılamaq istəyirsinizsə, səfərinizi Bosfor boğazında unudulmaz bir dəniz macərasına çevirə bilərsiniz. Anadolu ilə Avropanı birləşdirən bu möhtəşəm boğazda üzmək,  İstanbula gələn hər turistin   xəyalıdır. Şəhərin füsunkar mənzərələrini seyr etmək üçün Bosforun sularında gəzinti turlarına qatılmaq və ya yerlilərlə birlikdə bir bərə səyahətinə çıxmaq ən gözəl seçimlərdən biridir. Gəmi səyahətiniz boyunca bir "simit" götürüb qağayıları bəsləmək isə sizin səfərinizə  nostalji bir rəng qatacaq.

Bu macəranı daha da maraqlı etmək üçün cütlük olaraq qayıqla avar çəkmək, kano sürmək və ya su velosipedi ilə Bosforun büllur sularında əsl sərgüzəşt yaşaya bilərsiniz. Təcrübəli təlimçilərin rəhbərliyi altında bu gəzinti zamanı əsrarəngiz köşklərin önündən keçəcək, İstanbulun tarix dolu abidələrinə heyranlıqla tamaşa edəcəksiniz.

Axşam isə ulduzların işığında Bosforun sakit sularında yaxtaya minərək Yeni ili qarşılamaq üçün yola çıxın. Özəl bir masada romantik bir şam yeməyi ilə başlayan bu axşam, canlı musiqi və şənliklərlə Yeni İl ruhuna bürünəcək. Bosforun sehrli atmosferində keçirilən belə bir gecə ürəklərdə silinməz bir xatirəyə çevriləcək!

Cütlüklər üçün ideal istirahət

Yeni ildən əvvəl bir az tək qalmaq, şəhərin səs-küyündən uzaqlaşmaq istəyirsinizsə, İstanbulun yaxınlığında yerləşən Şahzadə Adaları mükəmməl bir seçimdir. Bu adalar romantizmi və sakitliyi bir arada təqdim edir. Burada, adanın möhtəşəm mənzərələrinə heyran qalacağınız butik otellərdən birində qalmağı seçə bilərsiniz.

Adanın sükunətində əl-ələ gəzərkən, tarixi malikanələrin arasından keçib, heyrətamiz mənzərələri izləyə bilərsiniz. İstəsəniz, velosipedlə adaları kəşf etmək də başqa bir əyləncəli alternativdir. Görməli yerləri ziyarət etdikdən sonra, sahil boyunca bir balıq restoranında Yeni ili qarşılamaq isə bu romantik tətilin zirvəsi olacaq. Mövsümi təzə balıqlar, zəngin Türk məzələri, salatlar və rakı ilə bəzənmiş bir axşam şənliyi, bu gecəni unudulmaz edəcək.

İstanbulda Yeni ili daha fərqli və unikal şəkildə keçirmək istəyirsinizsə, şəhərin məşhur hamamlarında rahatlamaq gözəl bir seçim ola bilər. Bu, cütlüklər üçün mükəmməl bir təcrübədir – birgə rahatlamaq və dincəlmək istəyənlər üçün əla bir fürsətdir. Masajçılar tərəfindən edilən bədəninizi təmizləyən və rahatladan masaj, sizi həm fiziki, həm də mənəvi cəhətdən yenilənmiş hiss etdirəcək.

Türk hamamının verdiyi təcrübəni yaşadıqdan sonra, yerli mətbəxlə tanış olmaq mütləqdir. Küçə yeməkləri ilə mədəninizi şənləndirə bilər və günün sonunda sahil boyu restoranlarda şam edə bilərsiniz. İstanbulun Michelin ulduzlu restoranları Yeni ili şirin bir başlanğıc ilə qarşılamağı vəd edir.

Bayram əhval-ruhiyyəli İstanbul

İstanbul, bayram mövsümündə öz sehrini daha da artırır. İstiklal Caddəsi, Nişantaşı və Kadıköy kimi məşhur məkanlar, bayram işıqları ilə bəzənərək, şəhərin enerjisini başqa bir səviyyəyə qaldırır. İstiklal Caddəsi boyunca hər bir mağaza bəzədilib, küçələr bayram əhval-ruhiyyəsi ilə dolur. St. Antuan Kilsəsi, böyük Yeni il ağacı, güllər və şamlarla ziyarətçiləri qarşılayır, Nişantaşında isə ən trend Yeni il ağacı göz oxşayır. Kadıköy isə Yeni il temalı şirniyyat dükanları ilə diqqət çəkir. Burada, şokolad qutuları, Santa Claus fincanları və  şəkilli konfetlərdən tutmuş, bayram hədiyyələrinə qədər hər şey tapmaq mümkündür.

Bu yerlərdə gəzişərək bayram əhval-ruhiyyəsini yaşamaqla yanaşı, həm də ən gözəl gecə yeməyi məkanlarını kəşf etmək mümkündür. İzdihamla Yeni ili qarşılaya bilərsiniz və ya zərif barlarda və dam terraslarında unudulmaz şənliklərdə iştirak edə bilərsiniz. İstanbulun bayram havası, hər kəsə özünə məxsus unudulmaz bir təcrübə təqdim edir. Yeni ili coşğu ilə qarşılamaq və ya zərif barlar və dam terraslarında unudulmaz şənliklərə qatılmaq isə bu möhtəşəm atmosferi tamamlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri