Icma.az
close
up
RU
“Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir təşkil edilib AZƏRTAC

“Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir təşkil edilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Yeni ilin sehrli ulduzları” adlı inklüziv tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Agentliyin sosial xidmət mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar və onların valideynləri, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinləri iştirak ediblər.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev çıxış edərək iştirakçıları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Tədbirdə həssas kateqoriyadan olan şəxslərə, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyindən danışılıb.

Sosial xidmət mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivi, 1 saylı uşaq evi-sosial xidmət müəssisəsinin “Azəri” mahnı və rəqs kollektivi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı və Uşaq Folklor Mahnı-Rəqs Ansamblı müxtəlif rəqs, musiqi və bədii qiraət nümunələri təqdim edib.

Tədbir həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see196

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see185

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see163

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129

Təhsilin İnkişafı Fonduna direktor təyin olunan Nicat Məmmədli KİMDİR? DOSYE

18 Dekabr 2025 12:13see129

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri