Yeni İllə bağlı 5, yoxsa 7 gün iş olmayacaq? RƏSMİ CAVAB
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarşıdakı günlərdə Azərbaycanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri gözlənilir.
Avtosfer.az xəbər verir ki, hazırda tətilin 5 və ya 7 gün olması müzakirə mövzusudur.
Belə ki, bir müddət öncə sosial şəbəkələrdə ölkədə bayramlarla bağlı ardıcıl 7 gün iş olmayacağı barədə xəbərlər yayılmışdı. Bildirilmişdi ki, dekabrın 29, 30 və 31-i, eləcə də yanvarın 1-dən 5-nə qədər ardıcıl iş olmayacaq.
Baku.ws məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan cavab olaraq bildirildi ki, bu günə belə bir qərar yoxdur.
Bu zaman, əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















