Yeni “iPhone 18” belədir Video Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ texnologiya nəhəngi “Apple” payız təqdimatında səbirsizliklə gözlənilən “iPhone 18” və “iPhone 18 Pro Max” smartfonlarını nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, şirkətin rəsmi “YouTube” kanalında canlı yayımlanan təqdimatda yeni nəsil flaqmanların texniki göstəriciləri açıqlanıb.
Bildirilib ki, qadcet dörd fərqli rəng seçimi və yeniliklərlə təqdim olunub.
Məlumata görə, yeni smartfonlar M-seriyası prosessorlarından ilhamlanaraq hazırlanan 2 nanometrlik 6 nüvəli CPU, 7 nüvəli GPU “A20 Pro” çipi ilə təchiz edilib:
“Bu prosessor sayəsində qrafik sürət 40% artıb, soyutma sistemi isə əsaslı şəkildə təkmilləşdirilib. Yüksək gərginlik zamanı telefonun arxa şüşəsinin qızması minimuma endirilib.
Kamera sistemində edilən dəyişikliklər isə peşəkar çəkiliş imkanı yaradır. İndi video çəkilişi zamanı FPS, ekspozisiya, balansı tənzimləmək və fokus nöqtəsini dəyişmək mümkündür.
Bundan əlavə, “Apple Intelligence” sisteminə böyük “Siri AI” yenilənməsi gətirilib. Süni intellekt artıq 250-dən çox tətbiqlə inteqrasiya olunaraq istifadəçinin təqvimi və yazışmalarını təhlil edə bilir. Fotoşəkillərdən arzuolunmaz obyektlərin silinməsi və dəri teksturasının hamarlaşdırılması funksiyaları da əlavə olunub”.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Sentyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















