Icma.az
close
up
RU
Yeni iPhone alanların etdiyi səhv Ondan necə qaçmaq olar?

Yeni iPhone alanların etdiyi səhv Ondan necə qaçmaq olar?

Icma.az bildirir, Lent az portalına istinadən.

Android-dən iPhone-a keçən bir çox istifadəçi iOS-un tamamilə fərqli qaydalarla işlədiyini görür. Bu isə batareyanın zədələnməsinə, fotoların itirilməsinə və ümumi istifadə təcrübəsinin pisləşməsinə səbəb ola biləcək tipik səhvlərə gətirib çıxarır.

Lent.az xarici mediaya istinadla yeni iPhone istifadəçilərinin ən çox etdiyi 5 səhvi və onlardan necə qaçmağı açıqlayır.

1. Ucuz və keyfiyyətsiz şarj aksesuarlarından istifadə

Yeni iPhone modelləri artıq adapterlə birlikdə təqdim olunmadığından, istifadəçilər tez-tez ən ucuz variantlara üz tuturlar. Lakin sertifikatsız şarj cihazları həddindən artıq qızma, yanlış gərginlik və batareyanın tutumunun tədricən azalmasına səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, ən yaxşı seçim “Apple”nin orijinal adapterləri və ya MFi sertifikatlı (Made for iPhone/iPad/iPod) etibarlı brendlərdir.

2. Yaddaşı boşaltmaq üçün fotoları silmək

Yeni istifadəçilər çox vaxt fikirləşirlər ki, iCloud “ehtiyat nüsxə”dir. Əslində isə iCloud sadəcə sinxronizasiya edir: bir cihazda foto silinsə, o, bütün cihazlardan silinir.

Məlumat itkisini önləmək üçün: Parametrlər→ Foto → Saxlama optimallaşdırılması seçimini aktiv edin. Bu zaman orijinal şəkillər iCloud-da qalır, cihazda isə yığcam versiyalar saxlanır.

3. Batareya üçün tətbiqləri məcburi bağlamaq

Android vərdişi olan bir çox istifadəçi enerjiyə qənaət etmək üçün bütün tətbiqləri bağlayır. Amma iOS fərqli işləyir: tətbiqlərin daima bağlanıb yenidən açılması fon rejimində "dondurulmuş" vəziyyətdə qalan tətbiqlərdən daha çox enerji sərf edir.

Tətbiqləri məcburi bağlamaq yalnız donma və ya nasazlıq baş verdikdə lazımdır.

4. Sistem yeniləmələrini gecikdirmək

Bəzi istifadəçilər yeniləmələrdən sonra telefonun pis işləyəcəyindən qorxaraq iOS apdeytlərini görməməzliyə vurur.

Amma reallıqda iOS yeniləmələri əksər hallarda stabil iş rejimini yaxşılaşdırır, təhlükəsizlik boşluqlarını bağlayır.

Yeniləmədən sonra batareyada müvəqqəti azalma normaldır, çünki sistem fon proseslərini tamamlayır.

5. “iPhone”nin daxilindəki funksiyaları görməməzlikdən gəlmək

Yeni istifadəçilər tez-tez Find My, AirDrop və Siri kimi funksiyaları ya çətin, ya da lazımsız hesab edirlər. Halbuki onlar çox vacibdir:

Find My cihaz itdikdə və ya oğurlandıqda onu tapmağa kömək edir.

Siri səsli əmrlərlə mesaj göndərmək, xatırlatma qurmaq və digər tapşırıqları yerinə yetirməyə imkan verir.

AirDrop Apple cihazları arasında faylları Wi-Fi və Bluetooth vasitəsilə birbaşa ötürür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri