Icma.az
close
up
RU
Yeni ixtisaslaşmış məhkəmələr yaradılacaq KONKRET

Yeni ixtisaslaşmış məhkəmələr yaradılacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycan hökuməti sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir. 

KONKRET.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

“Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdindəki Arbitraj Mərkəzinin mübahisələri həll etməsi ilə bağlı sənədlər hazırdır və Ədliyyə Nazirliyinə təqdim ediləcək. Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb”, – deyə o qeyd edib.

PA rəsmisinin sözlərinə görə, iş yükü keyfiyyətə də təsir edir: “Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni, ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Bununla bağlı sahibkarların fikri çox vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri