Icma.az
close
up
RU
Yeni Kaledoniya ilə bağlı üç saziş: dekolonizasiya prosesi... FOTOLAR

Yeni Kaledoniya ilə bağlı üç saziş: dekolonizasiya prosesi... FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Fransa dekolonizyasiya ilə bağlı indiyə qədər imzalanmış üç sazişdən bu prosesi təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.

Bildirilib ki, rəsmi Parisin bu addımları neokolonial siyasət kimi qiymətləndirilir.

Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır.

BTQ-dən xatırladıblar ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb:

“Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub”.

Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən Kanak müqavimətindən sonra 1988-ci ildə Matinyon sazişi imzalanıb. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarəti artırmaqla Kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea sazişi imzalandı.

Saziş 1998-ci ildə imzalanıb. O, 2018–2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə Kanakların təsirini zəiflətdi.

Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi.

Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunan Numea sazişi əslində demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

2025-ci il iyulun 12-də Bujival sazişi imzalandı. BTQ-də hesab edirlər ki, bu əslində dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir.

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürüb.

Beləliklə seçici sayını daha da genişləndirərək Kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və Kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.

BTQ-də qeyd edib ki, üç sazişi müqayisə edərkən aydın bir sxem görünür.

Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri