Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Yeni Kaledoniyada baş verənlər Fransa siyasətinin uğursuzluğunu sübut edir”

“Yeni Kaledoniyada baş verənlər Fransa siyasətinin uğursuzluğunu sübut edir”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Yeni Kaledoniyanın müstəqillik hərəkatına qarşı çıxır, bu istiqamətdə hətta ən xırda detallara həssaslıqla yanaşır. Yeni hökumət də öz növbəsində təzyiq və repressiv addımlara, qərarlara baxmayaraq bu istiqamətdə fəaliyyətini durmadan davam etdirir.

Rəsmi Paris növbəti dəfə ada sakinlərinin hüquq və azadlıqlarının pozulmasına rəvac verib. Yeni Kaledoniyada sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması ilə bağlı qalmaqal yaşanır. Bu istiqamətdə hüquqi mübahisələr davam edir. Məsələ ondadır ki, Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, yerli bayraq da əks olunub. Rəsmi Paris yerli bayrağın götürülməsi ilə bağlı iki məhkəmə qərarını çıxarmağa nail olsa da, Yeni Kaledoniya hakimiyyət orqanları buna qarşı çıxır.

Məsələ ondadır ki, 2024-cü ilin iyul ayında Noumea Administrativ Məhkəməsi bu bayrağın çıxarılması barədə qərar çıxarıb. Təşəbbüs isə "Generations NC" siyasi partiyası tərəfindən qaldırılıb. Qərarın icrasına başlanmadığı təqdirdə 2025-ci il yanvarın 1-dən etibarən hər gecikmə günü üçün 100000 CFP frank (Yeni Kaledoniya Frankı) cərimə nəzərdə tutulub. Bu qərar 2025-ci ilin fevralında Paris Administrativ Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Lakin qərar qüvvəyə minsə də, Yeni Kaledoniya hökuməti onu icra etməkdən imtina edib. Müvafiq yerli icra orqanı olan – DITTT isə sürücülük vəsiqələrinin dizaynında dəyişiklik etməkdən imtina edib. Fransanın yerli icra orqanlarına ünvanlanmış müraciətləri də cavabsız qalıb.

Məhkəmə qərarının icrasına dair sübutedici sənədlər də təqdim olunmayıb. Bunun nəticəsi olaraq, 1-ci instansiya məhkəməsi ilkin cərimə məbləğini müəyyənləşdirib və Yeni Kaledoniya hökumətinin dövlət büdcəsinə 10 milyon CFP frank və Generations NC partiyasına hüquqi məsrəflərinin ödənilməsi üçün 700 000 frank verməsinə qərar verib. Məhkəmə daha sonra hökumətin qeyri-müəyyən mövqeyini nəzərə alaraq cəriməni hər gecikmə günü üçün 150 000 CFP franka qaldırıb. İnzibati məhkəmənin sədri hökumətin sədri Alkide Pongaya məktub göndərib, lakin məhkəmə qeydiyyatı "bu hökmün icrası üçün görülən tədbirləri təsdiqləyən aktların surətini almadığını" bildirir.

Baş verənlər Fransanın Yeni Kaledoniyadakı hadisələrə necə həssas və qorxu ilə yanaşdığının göstəricisi hesab edilməlidir. Adi sürücülük vəsiqəsində ölkə bayrağının əks olunması belə götürdükdə elə də böyük bir məsələ deyil. Lakin məsələ ondadır ki, Fransa bütün keçmiş müstəmləkələrində nəyin bahasına olursa-olsun qalmağa çalışır. Xatırladaq ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb. Fransanın bu Sakit Okeandakı dənizaşırı ərazisində baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirmişdi ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritməyə məcbur olmuşdu. Rəsmi Parisin qorxu və həyəcanı o həddə çatmışdı ki, Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Bu da növbəti narazılığa gətirib çıxarmışdı.

Digər bir narazılıq isə Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər etməsi olmuşdu. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləməsi kimi qiymətləndirilmişdi. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Noumea sazişinə zidd olduğunu bildiriblər.

Çox güman ki, sürücülük vəsiqəsi ilə bağlı məsələyə həssaslıq da ötən il mayın əvvəlində yaşananların təkrar olunmasına yol verməmək məqsədi daşıyır. Yeni Kaledoniyada baş verənlər Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir. Proseslərin gedişi də onu deməyə əsas verir ki, Yeni Kaledoniyanı müstəqillik yolundan çəkindirmək Fransa hakimiyyətinə nəsib olmayacaq.

Göründüyü kimi, Fransanın təzyiq və hədələrinə baxmayaraq, yeni kaledoniyalılar müstəqillik uğrunda sona kimi mübarizə aparmaqda israrlıdırlar. Onların sürücülük vəsiqəsi üzərindən milli bayrağını götürməkdən imtina etmələri də bu qənaəti gücləndirir.

Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri