Icma.az
close
up
RU
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq ARAŞDIRMA

Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq ARAŞDIRMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni bir avtomobil aldığınız zaman əslində onun “ən pis” versiyasına sahib olursunuz. Çünki illər keçdikcə texnologiya köhnəlir, imkanlar məhdudlaşır. Lakin avtomobil sənayesində bu anlayış artıq tarixə çevrilmək üzrədir. Avtomobil istehsalçıları kapotun altında səssiz, amma köklü bir inqilaba start veriblər.

Avtosfer.az xəbər verir ki, avtomobilin klassik anlayışı dəyişir. Mühərrik, şassi və kuzov kimi aparat təminatı artıq əsas rolda deyil. Yeni dövrdə sükanı ələ alan proqram təminatıdır. Bu yanaşma avtomobil sənayesində Proqram Təminatı ilə Təyin Edilmiş Nəqliyyat Vasitələri (SDV – Software Defined Vehicle) adlanır.

Əvvəllər avtomobil alırdınız və o, istehsal xəttindən çıxdığı vəziyyətdə illərlə dəyişməz qalırdı. “GlobalLogic İsveç” şirkətinin baş meneceri Stefan Gitye bu prosesi mobil telefonlarla müqayisə edir:

“Yeni telefon aldıqdan sonra yeniləmələrlə onun daha sürətli və funksional olduğunu görürük. Avtomobillər də eyni istiqamətdə inkişaf edəcək”, – deyə o bildirib.
Mütəxəssislərin hesablamalarına görə, bu yeni yanaşma 2030-cu ilə qədər təxminən 600 milyard dollar dəyərində nəhəng bir bazarın formalaşmasına səbəb olacaq.

Əvvəllər avtomobil üçün proqram təminatının hazırlanması orta hesabla 3 il çəkirdisə, bu gün proses daha mürəkkəb və genişmiqyaslıdır. Lakin artıq mühəndislər fiziki avtomobilin hazır olmasını gözləmir. Bulud texnologiyaları və “rəqəmsal əkizlər” – yəni nəqliyyat vasitəsinin virtual modelləri – bu sahədə əsas rol oynayır. Bunun sayəsində sistemlər real avtomobil istehsal edilməmişdən əvvəl virtual mühitdə sınaqdan keçirilir, mümkün nasazlıqlar erkən mərhələdə aşkarlanır və bir proqram təminatı eyni anda bir neçə fərqli modeldə istifadə oluna bilir.

Bu dəyişikliklər təkcə istehsalçılar və mühəndislər üçün deyil, sürücülər üçün də ciddi üstünlüklər yaradır. Artıq bir çox yeniləmələr üçün servis mərkəzinə getməyə ehtiyac qalmayacaq. Avtomobil qarajda dayanarkən, gecə saatlarında proqram yenilənməsi avtomatik həyata keçirilə biləcək. Məlumat-əyləncə sistemləri və təhlükəsizlik funksiyaları daim yenilənəcək, avtomobil texnoloji baxımdan köhnəlməyəcək. Hətta gələcəkdə abunə sistemi vasitəsilə avtomobilə sonradan “İdman rejimi” və ya “Avtonom sürücülük” kimi funksiyaların əlavə edilməsi də mümkün olacaq.

Beləliklə, avtomobil sənayesində əsas rəqabət artıq daha güclü mühərrik istehsal etmək üzərində deyil. Qalib gələn tərəf daha ağıllı, daha təhlükəsiz və daha çevik proqram təminatı hazırlayan istehsalçı olacaq. Sənaye metal və mexanikadan uzaqlaşaraq, sürətlə kod və rəqəmsal texnologiyalara yönəlir.

Eltac Zülfüqaroğlu

Oxunub 72

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri