Icma.az
close
up
RU
Yeni Klinika” həkim olmayanları niyə həkim kimi təqdim edir? Rəsmi

Yeni Klinika” həkim olmayanları niyə həkim kimi təqdim edir? Rəsmi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir müddət öncə jurnalist Qənirə Ataşova özlərini həkim-terapevt kimi təqdim edən şəxslərlə bağlı araşdırma apararaq bir sıra faktları ictimaiyyətə təqdim edib. Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli açıqlama verərək bildirib ki, yalnız 6 il tibb təhsili alan və əlavə olaraq 4 il rezidentura keçən şəxslər həkim-fizioterapevt hesab edilə bilər. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim deyil, fizioterapist-reabilitoloqdur və müalicə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Bu kontekstdə diqqət çəkən məqamlardan biri də “Yeni Klinika”nın rəsmi saytında (yeniklinika.gov.az) 4 illik bakalavr təhsili alan bəzi fizioterapistlərin adlarının qarşısında “Dr” yazılmasıdır. Halbuki Tibb Universitetinin yalnız 4 illik bakalavr səviyyəsini bitirən şəxslər həkim diplomu almırlar. Eyni zamanda, saytda həmin mütəxəssislərin vəzifəsi “fizioterapevt” kimi qeyd edilib ki, bu ixtisas üçün 6 illik bakalavr təhsili tələb olunur.

Məsələ ilə bağlı “Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarova Axar.az-a açıqlama verərək məsələnin texniki xarakter daşıdığını bildirib.

“Saytımızda fizioterapiya şöbəsində çalışan bəzi mütəxəssislərin vəzifə və təhsil göstəriciləri ilə bağlı texniki qeyri-dəqiqlik aşkarlanıb. Artıq bu məsələnin həlli üçün tədbirlər görülüb və ən qısa zamanda düzəlişlər saytda əksini tapacaq. Klinikamız şəffaflıq və yüksək səhiyyə standartlarını daim nəzarətdə saxlayır”, - o deyib.

Qeyd edək ki, səhiyyə sahəsində ixtisas və vəzifə uyğunluğunun qorunması pasiyentlərin düzgün diaqnostika və müalicə alması baxımından böyük əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Mart 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri