Icma.az
close
up
RU
Yeni Klinika nın önündə uzun növbələrin müxtəlif səbəbləri var AÇIQLAMA

Yeni Klinika nın önündə uzun növbələrin müxtəlif səbəbləri var AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onlayn sistem yaxşıdır, amma…

Modernləşmə yaşlıları çətin vəziyyətə qoyur, vətəndaşları digər klinikalara yönləndirməliyik

Klinika, xəstəxanalar, poliklinikalarda uzun növbələr vərdiş etdiyimiz mənzərədir. Xüsusən də icbari tibbi sığortanın və bu sistemin özüylə gətirdiyi elektron qeydiyyat, onlayn növbə yenilikləri hər nə qədər müsbət olsa da, vətəndaşların saatlarla gözləmə mövqeyində qalması bir zamanların çörək növbəsini xatırladır. ARB TV "Günə doğru" proqramında "Yeni Klinika"dakı növbə ilə bağlı süjet hazırlanıb. Süjetdə bildirilir ki, “Yeni Klinika”ya hər yerdən insanlar gəlir, onlayn növbə sistemi bu klinikayadır, göndərişlər də bura olur. İnsanlar gecə 2-dən növbə tutmaq üçün klinikanın qarşısına yığışdıqlarını bildiriblər. Pasiyentlər bildirib ki, uzun növbədən sonra bəzən həkim növbəsinə yazıla bilirlər, bəzən isə növbə çatmır və geri qayıdırlar. Proqramın aparıcısı Sevda Rəsulqızı süjetə fikir bildirib. "Bir tədbir görülməlidir, elə bil Hindistandır. Heç kim kefindən ora gəlmir. İnsanın dərdinin üstünə dərd gəlir. 2025-ci ildə biz bunu niyə tənzimləyə bilmirik? Kimdir bunları ora göndərən? Orada gözləyənlərin məsuliyyətini daşımırıq nə deməkdir?". Digər aparıcı Rahil Səyyadoğlu isə "Növbə çoxdur, aparat sayı azdır, çoxaltsınlar. Göndəriş ora olduğu üçün insanlar da ora yığılırlar".

Klinikanın əməkdaşı Nərmin Kazımova isə "Klinikada həkim qəbulu saat 09:00-dan başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir. Onlar qeydiyyata görə klinikanın qarşısına erkən saatlarda gələn insanlardır", deyə açıqlama verib.

Məsələ ilə bağlı “Sherg.az” TƏBİB-dən açıqlama alıb.

Açıqlamada “sosial mediada "Yeni Klinika"nın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar olaraq bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb”, bildirilir. Həmçinin açıqlamada “klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar. Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur. Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər. "Yeni Klinika" pasiyentlərə daha rahat və çevik xidmət göstərilməsi üçün bütün prosesləri nəzarətdə saxlayır”, qeyd olunur.

Həkim Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, rəsmi cavab düzdür. Qayda belədir klinikada. Amma sual yaranır ki, niyə bu qədər sıxlıqdır, vətəndaşlar niyə məhz "Yeni Klinika"ya göndərilir, orada da bu cür sıxlıq yaranır:

- Sıxlığın qarşısını almağın yolu olmalıdır. Sığortayla işləyən başqa klinikalar da var. Vətəndaşlar bir klinikaya deyil, başqa klinikalara da yönləndirilməlidir. Belə olarsa, bu dərəcədə sıxlıq yaranmaz, vətəndaşlar da narazı qalmaz.

V.Qarayev qeyd etdi ki, elektron qeydiyyat, “E-tabib”, onlayn növbə əla yeniliklərdir, amma vətəndaşlar bundan geniş şəkildə yararlana bilirmi?

- İnsafən, deməliyik ki, elektronlaşdırma müsbətdir. Onlayn növbə əladır. Bir yenilik kimi mən bunu qəbul edirəm. Səhhətində hər hansı problem yaranmış insan bir var poliklinikaya, xəstəxanaya getsin, orada saatlarla növbə gözləsin, bir də var elektron sistemə daxil olub, həkimin qəbul vaxtını, növbədə neçənci adam olduğunu, qəbula nə zaman gedə biləcəyini öyrənsin, adını qeydə aldırsın, sonra da həmin vaxt üçün evdən çıxıb rahat şəkildə həkim qəbuluna getsin. Bu, yaxşıdır. Heç nə etməməkdənsə, nəsə etmək yaxşıdır. Amma bəli, məsələnin digər tərəfi yaşlı, hətta orta yaşlı insanların da bu elektron tətbiqdən yararlana bilməməsidir. Yaşlı insan müasir texnologiyanı bilmir, onun öyrənən vaxtı da deyil. Bəlkə, heç yadında da qalmayacaq, necə edirlər bunu. Gərək kimsə onun əvəzinə bu işi görsün. Elə bilirsiz, bütün yaşlıların yanında övladları, nəvələri var? Ya qonşu edəcək bunu? Poliklinikalarda, xəstəxanalarda növbədə dayananlar da əsasən yaşlı insanlardır. Onlayn növbə sistemi, e-tətbiq, əladır. Amma insanlar bunlardan istifadə edə bilirmi? Mən bu sahənin adamı olaraq qəbul edirəm yenilikləri, lazımdır bunlar. Amma adi, sıravi vətəndaşa keyfiyyətli tibb xidməti lazımdır, monitor, terminal yox. Yaşlı insan bunlardan istifadə edə bilməyəcək, məcbur olacaq, bankomat qarşısında xahiş etdiyi kimi, poliklinikada da kimdənsə xahiş etsin ki, onun üçün növbə götürsün, həkimin qəbuluna yazsın. Sistemi modernləşdirmək onu vətəndaş üçün çətinləşdirməkdən keçməməlidir. İnsanlar gedir poliklinikaya, sahə həkiminin qəbulu üçün elektron qaydada növbə götürür, gedir sahə həkiminin qəbuluna, həkim onu göndərir, məsələn, KT-yə, UZİ-yə. Bu adam təkrar gedir yenidən növbə götürmək üçün yenə növbəyə dayanır, ondan sonra bir başqasına. Beləcə günü növbədə keçir adamın. Eləsi var, bezir, çıxıb gedir, həkim qəbuluna düşmədən. Əgər vətəndaş elektron qeydiyyatdan keçibsə, onu təkrar qeydiyyata almaq nəyə lazımdır? Sistemdə adı var artıq onun. Sistemdə yönləndirsinlər digər həkimə. İnsanlar inciməsin, bezməsinlər. Bu məsələlərdə təkmilləşmə aparılmalıdır. Ən əsas məsələ, pasiyentlər bir deyil, bir neçə xəstəxanaya, klinikaya yönləndirilməli, göndərilməlidir. İcbari tibbi sığorta ilə işləyən tibb müəssisələrimiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri