Icma.az
close
up
RU
Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutdu FOTOLAR

Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutdu FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Yeni Klinikada 1-31 Oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində ginekoloji xəstəliklərin profilaktikasına həsr olunan “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub.

Globalinfo.az bildirir ki, klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ginekoloji xəstəliklərin və süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək, eləcə də profilaktik müayinələrin vacibliyinə dair ictimai məlumatlılığı artırmaqdır.

Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, rəssam Mirazər Abdulla həmçinin bir sıra tibb müəssisələrinin həkim-mütəxəssisləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən B.Yusubov cəmiyyətin sağlamlığının əsasını qadın sağlamlığının təşkil etdiyini vurğulayaraq bildirib ki, bu problemə üç əsas istiqamətdən – maarifləndirmə, profilaktika və erkən diaqnostika baxımından yanaşmaq vacibdir. Direktor qadın sağlamlığında profilaktik tədbirlər sırasında HPV (papilloma virus infeksiyası) və skrininq testlərin aparılmasının vacibliyini qeyd edərək bu testlərin vaxtında icrasının xərçəng və digər ginekoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasında önəmli olduğunu diqqətə çatdırıb.

Z.Ədilova qeyd edib ki, qadın sağlamlığının qorunması dövlətin prioritet istiqamətlərindən biridir və bu sahədə TƏBİB tərəfindən ardıcıl, sistemli tədbirlər həyata keçirilir.

Z.Ədilova süd vəzi xərçəngi xəstəliklərinin erkən aşkarlanması, profilaktikası və müalicəsi məqsədilə TƏBİB tərəfindən digər səhiyyə qurumları və özəl tərəfdaşlarla birgə aprelin 28-dən sentyabrın 13-dək səyyar mammoqrafiya aksiyalarının keçirildiyini bildirib.

“Bu il 2 səyyar mammoqrafiya cihazı ilə təchiz edilmiş xüsusi ambulanslar istifadəyə verilib.

Füzuli, Zəngilan rayonları da daxil olmaqla ümumilikdə 22 rayonda 4 minə yaxın qadın skrininqlərə cəlb olunaraq, müayinələrdən keçib. Aparılan analizlər zamanı diqqət və əlavə müayinə tələb edən göstəricilər aşkarlanan qadınlar ətraflı müayinə və müalicə üçün ixtisaslaşmış tibb mərkəzinə yönləndiriliblər”.

Rəssam Mirazər Abdulla çıxışında qadının gücünün həyatın bütün sahələrində özünü göstərdiyini vurğulayaraq qadının həm ailədə, həm cəmiyyətdə, həm də yaradıcılıqda güc, zəriflik və fədakarlıq rəmzi olduğunu bildirib.

Sonda çıxış edən Gülnar Nuriyeva icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində TƏBİB-in müxtəlif tibb müəssisələrində, o cümlədən Yeni Klinikada təqdim olunan xidmətlərdə qadın sağlamlığına xüsusi önəm verildiyini bildirib. O, bu xidmətlərin qadınlarda xəstəliklərin erkən aşkarlanması, müalicəyə əlçatanlığın artırılması və profilaktik tədbirlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

Panel sessiyaları ilə davam edən seminar çərçivəsində Yeni Klinikanın həkim-mütəxəssisləri – həkim-radioloq Aynur Hüseynova, ümumi cərrahiyyə uzmanı, dosent Mirxalıq Cavadov, uzman mama-ginekoloq Sitarə Aslanova, uzman mama-ginekoloq Nəzrin Məmmədova, həkim-uroloq-androloq Azad Süleymanov qadın sağlamlığı, xəstəliklərin qarşısının alınması və erkən diaqnostikanın üstünlükləri barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Tədbir maarifləndirici təqdimatlar, interaktiv müzakirələr və sağlam həyat tərzinin təşviqinə yönəlmiş çıxışlarla yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri