Icma.az
close
up
RU
“Yeni Klinika”da həkim Azad Məlikov məni şikəst etdi…. Şikayət

“Yeni Klinika”da həkim Azad Məlikov məni şikəst etdi…. Şikayət

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kərimova Fəxrəndə Yeni Klinikanın neyrocərrahı Azad Məlikovdan şikayətçidir. O, aprel ayında əməliyyat olunub.

XALQ məlumatına görə  şikyaətçi bildirib ki,F. Kərimova əvvəlcə bildirib ki, sözügedən dövlət xəstəxanası olsa da, həkimə 300 manat verib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra o, pis vəziyyətə düşüb:

“Aprel ayının 3-də əlimdə MRT-nin diski ilə getdim həkim Azad Məlikovun qəbuluna. Bu adam diskə baxıb bildirdi ki, üç fərqli ölçüdə – yəni 8 yarım, 5, 4 yarım millimetr ölçüdə yırtıq, həmçinin kanal darlığı var. Bizə dedi ki, bu, heç nədir mənim əlimdə. Onu da deyim ki, mən həm də açıq ürək əməliyyatı olmuşam, 4 ədəd stendi olan və şəkər xəstəsi biriyəm. Aprelin 4-də məni əməliyyat ertdi. Əməliyyatdan sonra 2 gün məni orada saxladı və sonra evə buraxdı.

Evə gəldikdən 5 gün sonra sarğımı dəyişmək üçün yenidən yanına getdim. Mənə bildirdi ki, belin nəmlənir, heç nə olmaz, çıx get rayona, nəsə fəsad olsa əlaqə saxlayarsan. Mən ehtiyat etdiyim üçün Bakıda qaldım. Qonşudakı tibb bacısı sarğımı dəyişdi. 5-ci gün idi ki, gecə saat 1-də yaramdan güclü maye axdı. Bu maye də ilik idi. Gecə saat 2-də halım dəyişdi, təzyiqim 120-yə qalxdı və heç cür aşağı sala bilmədik. Məni təcili Yeni Klinikanın təcili yardımına apardılar. Orada da təzyiqimi endirə bilmədilər”.
Şikayətçi qeyd edib ki,
A. Məlikova dəfələrlə zəng etsək də, telefonu açmadı: ” İşçiləri zəng edəndən sonra bildirib ki, gecə vaxtı onu niyə narahat edirik. Həmçinin deyib ki, ölür, ölsün də, mən nə edim?!”

Şikayətçi bildirib ki, həkim onu ikinci dəfə əməliyyat etdikdən sonra sərbəst gəzməyində də problem yaranıb:

“Səhər həkimin qəbulunda oldum. Mənə baxdı və xəstəxanaya yatış verdi. Yanımda olan qohumlarım niyə belə olduğumu soruşdu. Mənim kimi 60 yaşlı qadının yanında qohumuma alçaldıcı sözlər dedi telefonda, təhqir elədi onları.
Belimdən axan mayenin qarşısını almaq üçün məni səhər tezdən təkrar əməliyyata saldı. Mən artıq meningit olmaq üzrə idim.
Əməliyyat günü mənə bildirdi ki, narkoz verə bilməz, çünki ürək problemim var. Əməliyyat otağında həkim fırlanır, anestezioloqlar isə üzümə deyirdi ki, bu cür ilik axması ilə iki gün ömrün qalıb. Tələb etdilər ki, oğlum yazılı surətdə razılıq versin ki, hər an ölüm halı ola bilər. Dedilər ki, əməliyyat olsa da, olmasa da, nəticəsi ölümdür. Sadəcə əməliyyat olsa, 10-15 gün artıq yaşaya bilərəm.
Oğlum da bildirdi ki, biz yox, həkim özü qol çəksin. Buna baxmayaraq, həkim Azad Məlikov təhqir etdi və “hara şikayət edirsiniz edin” dedi. Oğlum məcbur olub imzaladı.

Axır ki, məni əməliyyat etdi və 4-5 gün sonra evə buraxdı. Bu müddət ərzində gördüm ki, artıq şikəst vəziyyətdəyəm. Həkimə bildirdik, o isə mənə yalnız dərmanlar yazdı. Neçə ay dərman içdim, amma yaxşılaşmadım. Evin içində yalnız çəliklə gəzə bilirəm. Ağrılar o qədər şiddətli olur ki, qışqırığıma bütün qonşular gəlir. Nə qədər keyləşdirici vursam da, təsiri olmur.
Yenidən həkimin qəbulunda oldum. Yoxlamadan sonra bildirdi ki, 27 mm yırtıq əmələ gəlib. Halbuki əməliyyatdan əvvəl yırtıq 8 yarım mm idi. Əməliyyatdan çıxandan sonra da ondan soruşmuşdum ki, yırtıqları bağladınız? Mənə “nə var eləmişəm də” dedi. İndi bu vəziyyətə düşəndən sonra deyir ki, mən yırtıqlara əl vurmamışam. Kanal darlığını əməliyyat etmişəm”.
Şikayətçi söyləyib ki,


A. Məlikov onu şikəst qoyub: “İndi özəl klinikalara da müraciət etmişik, 13-14 min manat pul istəyirlər ki, yenidən onurğa yığılsın.
Məni bu vəziyyətə Azad həkim salıb, məni şikəst qoyub. Deyirəm, məni bu hala salmısınız, heç olmasa kömək edin. Mənə deyir, əliniz hara çatır, gedin ora. Mənim bu vəziyyətə düşməyim həkimi narahat belə etmir”.Anxeber.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri