Icma.az
close
up
RU
Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıb

Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıb

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tibb müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ tibbi həllərin tətbiqi, ən son tibbi texnologiyaların və cərrahi xidmətlərin ölkə səhiyyəsinə qazandırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Bu, tibb müəssisəsinin müasir səhiyyə texnologiyalarının ən son nailiyyətlərindən biri olan “Medbot” robotik cərrahi platforması ilə tam təmin olunması, sistemin istismara verilməsi və kadr peşəkarlığının artırılması nəticəsində mümkün olub.

“Medbot” robotik cərrahiyyə sistemi yüksək dəqiqlik, təhlükəsizlik və effektivlik standartlarına cavab verən, müasir texnologiyalar əsasında hazırlanan qabaqcıl bir platformadır. Bununla yanaşı, sistem cərrahi koaqulyator və yüksəkkeyfiyyətli robotik cərrahi əl alətləri ilə təchiz olunub ki, bu da müxtəlif növ əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına geniş imkanlar yaradır. Sistemin ən mühüm üstünlüklərindən biri onun uzaqdan idarəetmə və beynəlxalq texniki dəstək moduluna malik olmasıdır.

Robotik cərrahi əməliyyat tibb müəssisəsinə öd kisəsinin polipozu diaqnozu ilə müraciət edən 2003-cü il təvəllüdlü pasiyent (kişi) üzərində həyata keçirilib və robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.

Cərrahi müdaxilə robotik əməliyyatın əsas icraçısı — konsol cərrahı, Yeni Klinikanın Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov və xəstə tərəfi assistent (Patient Side Assistant), əməliyyat masası yanında olan ümumi cərrah Möhsüm Əsgərov tərəfindən icra edilib.

Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksəkdəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini — kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları — joystiklər vasitəsilə dəqiqliklə icra edir.

Qeyd edək ki, robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş və dəqiq görüntü imkanları, yüksək manevr qabiliyyəti təqdim edir. Bu texnologiya əməliyyat zamanı dəqiqliyin artmasına, toxumalara minimal zədələnməyə, pasiyentin daha sürətli bərpasına və ümumilikdə müalicə nəticələrinin yaxşılaşmasına əhəmiyyətli töhfə verir.

Robotik cərrahi əməliyyatlarda istifadə edilən müasir texnoloji avadanlıqlar artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Yeni Klinikada bu sistemlə əməliyyatlara rəhbərlik edəcək həkim heyəti xarici ölkələrdə ixtisaslaşmış təlim və kurslardan keçmiş, robotik cərrahiyyənin texniki və kliniki istismarına tam şəkildə yiyələniblər. Bu isə həyata keçiriləcək əməliyyatların beynəlxalq standartlara uyğun və yüksək peşəkarlıq səviyyəsində icra olunmasına tam zəmanət verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri