“Yeni Klinika”dakı vəzifəsindən çıxdı “Ədalətsizliyin müalicəsi yoxdur”
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Yeni Klinika"da İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunan Nuridə Allahyarova işindən ayrılıb.
Axşam.az xəbər verir ki, bu haqda o, özü paylaşım edib.
"Əziz dostlar! "Yeni Klinika" ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim - ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm - mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və "Yeni Klinika" komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil - onu "Yeni Klinika"da müalicə edəcəklər. Qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur" deyə, N.Allahyarova paylaşımında yazıb.


