Icma.az
close
up
RU
Yeni Konstitusiya: Nazirlər Kabineti ləğv olunur

Yeni Konstitusiya: Nazirlər Kabineti ləğv olunur

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni konstitusiyanın qəbulu və referendum keçirilməsi mövzusu ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin Yenisabah.az-a müsahibəsi:

- Əliməmməd bəy, Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, “Konstitusiya və Suverenlik ili” ilə bağlı yeni çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Sizcə 2025-ci il ərzində referendumun keçirilməsi gözləniləndirmi?

- Bu il prezidentin sərəncamı sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan olundu. Həmçinin ölkə başçısı “Konstitusiya və Suverenlik ili” ilə bağlı 1 ay müddətində təkliflərin hazırlanması ilə bağlı sərəncamda göstəriş verib. Hazırda bu təkliflərin hazırlanması prosesi gedir. Şübhəsiz ki, bu il çərçivəsində qarşıda bir çox çağırışlar var. Konstitusiya 1995-ci ildə qəbul edilib və keçən 30 ildə konstitusiyaya 3 dəfə dəyişiklik edilib. Lakin indi dünyada tamamilə yeni bir situasiya yaranmaqdadır. Düzdü, Azərbaycanın mövcud konstitusiyası bir çox tələblərə, öhdəlikərə cavab verir. Bununla belə düşünürəm ki, bu konstitusiya yenidən hazırlana bilər.

- Sizcə konstitusiyada dəyişdirilməsinə və əlavə edilməsinə ehtiyac duyulan başlıca məsələlər hansılardır?

- Hal-hazırda Azərbaycanda yeni institutlar yaranır və bu institutların konstitusion norma çərçivəsinə gətirilməsi çox yaxşı olardı. Mövcud konstitusiyanın bəzi maddələri real vəziyyətə tam uyğun gəlmir və zamanın çağırışlarına cavab verməkdə çətinlik çəkir. Əsas da yerli icra hakimiyyəti qurumları. Artıq yerli icra hakimiyyəti qurumları mövcud reallıqlara uyğun gəlmir. Bu institut sovet dövründən qalma bir institutdur.

Cənab prezident tərəfindən işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə strukturları yaradıldı. Bu xüsusi səlahiyyətli nümayəndələr institutudur. Bu məhz yerli icra hakimiyyətlərinin tələbləri tam yerinə yetirməməsindən irəli gəlir. Bu baxımdan sözügedən məsələnin yeni konstitusion normalarda öz əksini tapması vacibdir. Digər tərəfdən bələdiyyə institutuna yeni baxış lazımdır. Bələdiyyələrin hazırkı fəaliyyətləri və bölgə idarəetmə sisteminə tam inteqrasiya olunmaması, öz üzərinə düşən öhdəlikləri icra etmə imkanına malik olmaması bu sahəyə yeni baxışın yaranmasını tələb edir.

- Bəs gözlənilən referendumda dövlət idarəçiliyi sistemi ilə bağlı hansısa dəyişikliyin edilməsi baş tuta bilərmi?

- Məsələn, Nazirlər Kabineti də o qədər də funksional qurum deyil. Nazirlər Kabineti mövcud prezidentli respublika formasına uyğun deyil. Hesab edirəm ki, Nazirlər Kabineti daha çox bürokratik bir qurumdur. Hazırda Azərbaycanda vitse-prezidentlik institutu mövcuddur və Nazirlər Kabinetinin yuxarı icra orqanı kimi saxlanması yersizdir. Onun ləğv edilməsi ilə bağlı düşünmək olar.

Bu baxımdan hesab edirəm ki, bütün bu məsələlərin konstitusion normada öz əksini tapması yaxşı olar. Yeni konstitusiyada parlamentin rolunun artırılması, üzvlərin sayı, qarışıq və yaxud proporsional seçki sisteminə qayıtmaqla bağlı da dəyişiklilər etmək olar. Digər tərəfdən hökumətin parlament qarşısında hesabatlılığının gücləndirilməsinə ehtiyac var. Bu proporsional balanslığın təmin edilməsinə gətirib çıxara bilər. Bütün bunlar hamısı müzakirələrdən keçməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri