Yeni konstitusiyanın dərci gecikir: Paşinyan nədən qorxur?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, amma bu məsələ ilə bağlı son qərarı xalq verəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan belə deyib.
Avqustun 6-da keçirdiyi brifinqdə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinin açıqlamalarını şərh edən Qalyan bu məsələnin yalnız ölkənin daxili yurisdiksiyasına aid olduğunu bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsi üzərində iş davam edir.
“Yeni konstitusiya hazırlanır. Bu, heç kimə sirr deyil. Bu baxımdan, biz vədlərimizə sadiq qalmağa və onları yerinə yetirməyə davam edirik”, - deyə ədliyy naziri əlavə edib.
Qeyd edək ki, rəsmi İrəvan Konstitusiyaya dəyişiklik məsələsini Ermənistanın daxili işi adlandırsa da, sözügedən ali hüquqi sənədin mətni birbaşa Azərbaycanla əlaqəlidir.
Yəni Ermənistan Konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu baxımdan, Ermənistanın yeni konstitusiyasının mətnindən Müstəqillik Bəyannaməsinə istinad hissəsi çıxarılmalıdır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu günlərdə “Haber Global” televiziya kanalına verdiyi açıqlamada Ermənistanı Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.
Hikmət Hacıyevin sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:
“Bu ərazi iddiaları Konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur”.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il 1 dekabr tarixli qanunsuz qərara istinad edilir.
Həmin qərar Ermənistan SSR Ali Soveti və DQMV Milli Şurası tərəfindən çıxarılıb. Bu isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, eyni zamanda iki ölkə arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin mətninə de-yure ziddir.
Ona görə də Konstitusiyaya dəyişiklik edilmədən Azərbaycan Ermənistanla yekun sülh müqaviləsi imzalaya bilməz. Bu kontekstdə Azərbaycanın Ermənistan Konstitusiyasının preambula hissəsinə hüquqi xitam verilməsini tələb etməsi beynəlxalq hüquqa uyğundur.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Ermənistan Türkiyəyə qarşı da ərazi iddiası irəli sürülür. Belə ki, Türkiyənin 6 şərq vilayəti Müstəqillik Bəyannaməsində “Qərbi Ermənistan” adlandırılır. Yəni Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası təsbit olunub.
Konstitusiyaya dəyişiklik edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması qeyri-mümkündür. Həmçinin Müstəqillik Bəyannaməsində, yəni preambulada qondarma erməni soyqırımının dünyada tanınması siyasi vəzifə kimi qarşıya qoyulur. Eləcə də Ermənistan Konstitusiyasının 21-ci maddəsində Türkiyənin Ağrı dağına ərazi iddiası təsbit edilib. Ağrı dağının təsviri Ermənistanın dövlət gerbinə daxil edilib.
Ona görə də Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün konstitusiyanı mütləq dəyişməlidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Avqust 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















