Yeni layihəsi bəlli oldu
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli aktrisa Aybüke Pusat yeni film layihəsinə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, sezon finalında “Halef: Köklerin Çağrısı” serialında canlandırdığı “Melek” obrazı ilə tamaşaçılarla vidalaşan aktrisa “En Mutlu Günümde” adlı müstəqil filmdə rol alacaq.
Filmin ssenari müəllifi və rejissoru ilk dəfə 2017-ci ildə çəkdiyi “Martı” filmi ilə tanınan Erkan Tunç olacaq. Aybükə Pusat ekran işində təkcə aktrisa kimi deyil, həm də prodüser qismində çıxış edəcək.
Çəkilişlərinə iyulun əvvəlində İstanbulda start veriləcək filmdə Aybüke Pusat “Nesrin” obrazını canlandıracaq. “Gizem” rolunu isə Elit Andaç Çam ifa edəcək. Digər baş rol üçün aktyor seçimi ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Filmin süjetinə görə, dini icmanın himayəsi altında evlənən “Nesrin” və “Ercan” bir-birlərini daha yaxından tanıdıqca həm sevgini, həm də həyatlarını əhatə edən yalanları üzə çıxarırlar. Lakin qarşılaşdıqları həqiqətlər onları azadlığa deyil, geri dönüşü olmayan faciəli qarşıdurmaya aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 İyun 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















