Icma.az
close
up
RU
Yeni maşınlar əti daha da qiymətli edəcək?

Yeni maşınlar əti daha da qiymətli edəcək?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. 

İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir. 

Məsələ ilə bağlı AQTA-nın şöbə müdiri Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir. 

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir.

Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur. 

Azərbaycana idxal olunan diri heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınması barədə yeni tələblər ictimai müzakirələrə səbəb olub. 

Xüsusilə sahibkarlar üçün yaranacaq əlavə xərclərin sonradan ətin satış qiymətinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, AQTA-nın tətbiq etdiyi yeni tələblər idxal olunan heyvanların daşınması zamanı xüsusi nəqliyyat vasitələrindən istifadəni zəruri edir: 

“Bu isə heyvan daşıyan avtomobillərin alınması, uyğunlaşdırılması, dezinfeksiyası və saxlanılması kimi əlavə xərclər yarada bilər. Nəticədə idxalçılar bu xərclərin bir hissəsini məhsulun satış qiymətinə əlavə etməyə cəhd göstərə bilərlər. 

Bununla belə, yeni qaydaların ətin qiymətinə təsiri yalnız daşınma xərclərindən asılı deyil. Bazarda rəqabət, idxal həcmi, yem qiymətləri, valyuta məzənnəsi və digər iqtisadi amillər də qiymətlərin formalaşmasına təsir göstərir”.

O qeyd edib ki, buna görə də təkcə bu tələblərin ətin qiymətində ciddi bahalaşmaya səbəb olacağını qəti şəkildə söyləmək mümkün deyil: 

“Eyni zamanda, beynəlxalq standartlara uyğun daşınmanın təmin edilməsi heyvanların sağlamlığının qorunmasına, xəstəlik riskinin azalmasına və qida təhlükəsizliyinin yüksəlməsinə xidmət edir. Uzunmüddətli perspektivdə bu cür tədbirlər məhsulun keyfiyyətinin və təhlükəsizliyinin artırılması baxımından müsbət nəticələr verə bilər”. 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə bildirib ki, bəzən dövlət orqanları və ya dövlət məmurları hər hansı addım atan kimi müxalif fikirli insanlar dərhal buna irad bildirirlər: 

“Xaricdən diri heyvanların müasir dövrün tələblərinə cavab verən xüsusi avtomobillərlə daşınmasını müsbət hal kimi qəbul etmək lazımdır. Mən kifayət qədər müşahidə aparmışam, xaricdən gətirilən heyvanların necə daşındığını görmüşəm. Təəssüf ki, onlara bəzən işgəncə verilir, ayaqları sınır, müxtəlif xəsarətlər alırlar. 

Yəni heyvanlar normal şəraitdə daşınmırlar. Ona görə də hesab edirəm ki, xaricdən ölkəyə idxal olunan diri heyvanların müasir standartlara cavab verən yük avtomobillərində daşınması həm onların sağlamlığı, həm də daşınma zamanı xəstəliklərə yoluxma riskinin azalması baxımından vacibdir”.

Onun sözlərinə görə, bu tələbi ölkədaxili heyvan daşınmasına şamil etmək düzgün olmaz: 

“Bizim kəndlilərin və fermerlərin xüsusi avtomobillər almaq imkanı yoxdur. Onlar heyvanlarını bazara aparıb-gətirmək üçün əlavə xərc çəkməməlidirlər. Düşünmürəm ki, buna ehtiyac var. Hesab etmirəm ki, bu dəyişiklik ətin qiymətinin artmasına səbəb olacaq. 

Azərbaycan sahibkarları diri heyvanı başqa ölkələrdən idxal edirlər və həmin ölkələrdə bu standartlara cavab verən nəqliyyat vasitələri mövcuddur. Bu baxımdan, əlavə xərc çox cüzi olacaq. 

Üstəlik, mənim məlumatıma görə, xaricdən diri heyvanların idxal dəyəri kifayət qədər aşağıdır. Bunu nəzərə alsaq, bu prosesin ətin qiymətinə təsir etməsi gözlənilmir”. 

Ekspert qeyd edib ki, bu sahə ilə məşğul olan idxalçılar məsələyə öz münasibətlərini bildirə bilərlər:

“Hökumət də bunu nəzərə almalı, zərurət yaranarsa, rüsumlarda müəyyən güzəştlər tətbiq etməli və ya sahibkarlarla müzakirələr aparmalıdır ki, süni qiymət artımına yol verilməsin. 

Mən inanmıram ki, heyvanların daşınması üçün istifadə olunacaq xüsusi avtomobillər əhəmiyyətli dərəcədə daha çox yanacaq sərf etsin. Eyni zamanda, bu nəqliyyat vasitələri də əvvəlki kimi eyni sayda və eyni çəkidə heyvan daşıya biləcək. Yəni daşınma baxımından ciddi əlavə xərc yaranacağını düşünmürəm." 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: ət Akif Nəsirli Vahid Məhərrəmov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri