Icma.az
close
up
RU
Yeni məktəb modeli repetitorluğu bitirəcək? Açıqlama

Yeni məktəb modeli repetitorluğu bitirəcək? Açıqlama

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

2026–2027-ci tədris ilindən Bakıda 30 məktəbdə yeni təmayül modeli tətbiq olunacaq. Məqsəd ali məktəbə hazırlığı məktəb daxilində daha səmərəli təşkil etməkdir. Bu model repetitor asılılığını real azalda biləcək, yoxsa bunun üçün orta təhsil sistemində daha dərin struktur islahatları lazımdır? Həmçinin, model qəbul nəticələrinə necə təsir edə bilər və gələcəkdə ölkə üzrə genişləndirilə bilər? Bunun üçün hansı resurslar tələb olunur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, bu, ölkəmiz üçün yeni modeldir. 

Onun sözlərinə görə, əsas məqsəd ali məktəbə hazırlıq prosesini məktəb daxilində təşkil etmək, şagirdlərin repetitorlardan asılılığını azaltmaq və bu prosesi dövlət tərəfindən daha səmərəli şəkildə həyata keçirməkdir:

"Suala bir neçə aspektdən yanaşmaq lazımdır. Repetitorun verdiyi bilik və bacarıqların əsas üstünlüyü ondan ibarətdir ki, o, şagirdi ali məktəbə qəbul proqramına uyğun şəkildə məqsədyönlü hazırlayır. Mən özüm də repetitoram. Repetitor şagirddən müəyyən məbləğdə ödəniş alır və bunun qarşılığında nəticə göstərməyə çalışır. Onun reytinqi də məhz əldə etdiyi nəticələrdən asılıdır. Bu səbəbdən repetitorun həm maddi, həm də peşəkar motivasiyası daha yüksək olur.

Təmayül modelinin repetitorluğu əvəz edib-etməyəcəyi isə onun necə təşkil olunacağından asılıdır. Əgər dərslər adi məktəbdə olduğu kimi 45 dəqiqə davam edəcəksə, müəllim seçimi kifayət qədər ciddi aparılmayacaqsa və müəllim-şagird münasibətləri klassik məktəb formatında qalacaqsa, bu model repetitor sistemini əvəz edə bilməyəcək.

Birinci növbədə müəllimin maddi təminatı vacibdir. Repetitorların uğur qazanmasının əsas səbəblərindən biri onların müstəqil fəaliyyət göstərməsi və əməyinin qarşılığını birbaşa almasıdır. İkinci mühüm məqam dərs müddətidir. Hazırlıq dərsləri ən azı iki saat davam etməlidir. Üçüncü amil isə müəllimin peşəkarlığıdır. Hər müəllim qəbul hazırlığını yüksək səviyyədə apara bilmir. Şagird də məcburi şəkildə hər hansı müəllimin dərsində iştirak etməməlidir. O, özünə uyğun hesab etdiyi, ünsiyyət qura bildiyi və metodikasını bəyəndiyi müəllimi seçmək imkanına malik olmalıdır.

Repetitorluqda müəllimlə şagird arasında fərdi yanaşma formalaşır. Məsələn, şagird kursda bir neçə müəllimdən yalnız bəyəndiklərinin dərsində qalır, digərlərinin yanına getmir.

Təmayül modelində də müəllim şagirdlə düzgün ünsiyyət qurmağı, fərdi yanaşma nümayiş etdirməyi bacarmalıdır. Bu baxımdan müəllim məktəb çərçivəsindəki ənənəvi yanaşmadan çıxmalıdır.

Repetitor asılılığının aradan qalxacağını isə düşünmürəm. Bunun üçün uzun illər lazımdır. Təmayül modeli əvvəlcə özünü doğrultmalıdır. Necə ki, repetitorluq sistemi illər ərzində formalaşıb və bu gün də inkişaf edir, eyni proses bu model üçün də vaxt tələb edəcək.

Mən hesab etmirəm ki, təmayül modeli yaxın gələcəkdə repetitorluğu tam əvəz edə biləcək. Çünki peşəkar, çox sayda şagirdi olan repetitorların bu sistemə cəlb olunacağı inandırıcı görünmür. Onlar repetitorluq fəaliyyətindən əldə etdikləri gəliri burada qazana bilməyəcəklər. Buna görə də ən peşəkar müəllimlərin bu layihədə geniş şəkildə təmsil olunacağı ehtimalı azdır.

Ola bilər ki, bu model repetitor yanına getmək imkanı olmayan, yaxud çox yüksək bal hədəfləməyən şagirdlər üçün faydalı olsun. Belə şagirdlər müəyyən nəticə əldə edərək ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər. Lakin bu model repetitorluqla rəqabəti tam aradan qaldırmayacaq.

Hesab edirəm ki, təmayül modelinin uğuru ilk növbədə müəllim faktorundan asılıdır. Müasir metodlardan istifadə edən, kurikulum və qiymətləndirmə standartlarını dərindən bilən, mütəmadi təlimlərdə iştirak edən və daim öz üzərində işləyən müəllimlər bu layihəyə cəlb olunarsa, həmçinin müasir laboratoriyalar, zəngin tədris resursları və keyfiyyətli infrastruktur yaradılarsa, o zaman bu model repetitorluğa müəyyən qədər rəqib ola bilər.

Ümumilikdə məktəbdaxili təmayül proqramını müsbət addım hesab edirəm. Lakin onun uğur qazanması düzgün planlaşdırmadan, peşəkar müəllim seçimindən və keyfiyyətli resursların təmin edilməsindən asılı olacaq. Bu şərtlər yerinə yetirilərsə, bəlkə də yaxın 5–10 il ərzində repetitor asılılığını müəyyən qədər azaltmaq mümkün olar” , - deyə təhsil eksperti fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 İyul 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri