Yeni metro stansiyaları bu ərazilərdən keçəcək Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Televiziyasının (AzTV) videomaterial hazırlayıb.
Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir.
Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir.
Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.
Yeni stansiyalar "Nizami"də "yaşıl" xətlə, "Sahil" stansiyası yaxınlığından isə "qırmızı" xətlə kəsişmə yaradacaq.
Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya ("Xocasən" və "Avtovağzal" stansiyalarında - red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.
Yeni metro stansiyaları "bənövşəyi" xətlə yanaşı "yaşıl xətt" istiqamətində də olacaq.
Bildirilir ki, "yaşıl" xəttin üzərində Ağ şəhər, NZS, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. "Bənövşəyi" xətt üzrə "B-04" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 08 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















