Icma.az
close
up
RU
Yeni müharibə anonsu: İki nəhəngdən inanılmaz ssenari Hədəf bu ölkədir

Yeni müharibə anonsu: İki nəhəngdən inanılmaz ssenari Hədəf bu ölkədir

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çin Tayvan adasına hücum edərsə, Rusiyanın NATO ərazisinə müdaxiləsi mümkündür”. Bunu NATO-nun Baş katibi Mark Rutte “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə deyib.

Sitat: “Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, ölkəsinin Tayvana hücumu zamanı Rusiya NATO ərazisinə müdaxilə etsin. Bu, Pekinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. Belə ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Bloku Hind-Sakit okean bölgəsində fəallığını artırılmalıdır”.

Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Onun fikrincə, bu, Estoniya olacaq.

NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü?

Turkustan.az xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu paylaşım edib.

O bildirib ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq:

“Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehitmalı bu amilə əsaslanır. Rusiya Prezidenti Vladimir Putin müsahibələrində ölkəsinin heç bir NATO ölkəsinə hücum etməyəcəyini bir neçə dəfə bildirib. Ancaq Kreml sahibinə inanmaq olarmı? Putin 2000-ci illərin başında deyirdi ki, Rusiyanın Krımı Ukraynadan qoparmaq fikri yoxdur, 2014-cü ildə bunun tərsi baş verdi”.

Politoloq qeyd edib ki, Putinin dostu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Mark Ruttenin açıqlamasına cavab verib:

“Həmişəki kimi aqressiv açıqlama verən Medvedev NATO baş katibini bu sözlərlə hədələyib: “Mark Rutte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq”. Bu sözləri tələffüz edən şəxs və onun dostu Çinin gələcək xahişini yerə salmaz”./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri