Yeni müharibə başlayır: Ermənistan körpü olacaq Baqratyandan ŞOK
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Paşinyan Mehridən dəhliz verib. Bu məsələdə əldə etdiyimiz əsas uğur sənəddə “dəhliz” sözünün əvəzinə “Trampın yolu”nun yazılmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.
O iddia edib ki, tezliklə İranla Ermənistan arasında ciddi problemlər olacaq:
“Həmin dəhliz vasitəsilə İrana qarşı müharibədə Ermənistanı körpü edəcəklər. Qarşıda bizi yeni müharibə gözləyir: bu dəfə İsrail–İran deyil, ABŞ-İran. Paşinyan iqtidarda qalsa, Ermənistan yeni müharibədə İrana qarşı mövqe sərgiləyəcək”.
Baqratyan həmçinin deyib ki, Zəngəzur dəhlizinin verilməsi Ermənistana sərbəst girişə səbəb olacaq:
“10 min azərbaycanlı gəlib “mən Mehridə yaşamaq istəyirəm” desə, nə edəcəksən? Avtomatla atəş açacaqsan? Yox, “gəldilər, qalsınlar” deyəcəksən”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















