Icma.az
close
up
RU
Yeni müsəlman dövlətinin yaradılması üçün ÇAĞIRIŞ: Azərbaycan və Türkiyə ilə sərhəddə...

Yeni müsəlman dövlətinin yaradılması üçün ÇAĞIRIŞ: Azərbaycan və Türkiyə ilə sərhəddə...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada fəaliyyət göstərən terror təşkilatı PKK/YPG-nin lideri Mazlum Abdi yeni açıqlamaları ilə gündəmə gəlib. O, Suriya keçid hökumətinin sədri Əhməd Şaraya mesaj göndərərək Suriyada dövlətə bağlı olmayan bütün hərbi birləşmələrin buraxılmasının vacibliyini vurğulayıb.

Abdi bunun ardınca bölgədə müstəqil bir Kürdüstan dövlətinin yaradılmasının vacibliyini bəyan edib. Bu tələb regionda onsuz da mövcud olan gərginliyi daha da artırıb və müxtəlif siyasi dairələrdə sərt tənqidlərə səbəb olub. Mazlum Abdi terror təşkilatının müstəqillik uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.

Maraqlıdır, müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü?

Məsələ ilə bağlı siyasi şərhçi Oqtay Qasımov Ajans.az-a açıqlamasında Mazlum Abdinin terrorçu olduğunu və ABŞ-ın dəstəyi ilə Suriyada minlərlə insanın həyatına son qoyduğunu vurğulayıb. O, qeyd edib ki, ABŞ tərəfindən dəstəklənən bu terror təşkilatı Suriya ərazisində böyük dağıntılar törədib:

"Xüsusilə Suriya ərazisində ABŞ-nin dəstəklədiyi PKK/YPG terror təşkilatı minlərlə insanın həyatına son qoyub və böyük qırğınlar törədib. Qərbin dəstəklədiyi bu təşkilat hazırda Suriyanın ərazisinin üçdə birini, yəni təxminən 30 faizini nəzarətdə saxlayır. Əsas məqsədləri bu ərazilərdə yalnız kürdlərdən ibarət Kürdüstan dövləti yaratmaqdır. Bundan əlavə, Abdi və təşkilatı Suriyanın enerji ilə zəngin olan bölgələrini də nəzarət altına götürərək resurslardan istifadə edir. Lakin bu ideyanın reallaşması hazırkı şəraitdə mümkün görünmür."

Oqtay Qasımov əlavə edib ki, Suriyanın bölünməsi bölgədə qeyri-sabitlik yarada bilər və bu, region ölkələrinin maraqlarına ziddir:

"Region ölkələrinin heç biri, o cümlədən Türkiyə, Suriyanın sərhədlərinin dəyişməsinin və onun bölünməsinin tərəfdarı deyillər. Çünki bu, bölgədə qeyri-sabitliyə və daha ciddi problemlərə yol açar. Bununla belə, kürdlərin hüquqları tanınmalıdır. Onların öz dillərində təhsil almaq, siyasətdə iştirak etmək və parlamentdə təmsil olunmaq hüquqları mövcuddur. Lakin Suriyanın bölünməsi regional sabitliyə ciddi təsir edə bilər və buna görə də əsas regional oyunçular belə bir prosesə qarşıdırlar."

 Şərhçinin fikrincə, ABŞ bu cür təşkilatları dəstəkləməklə Yaxın Şərqdə öz maraqlarını təmin etməyə çalışır:

"ABŞ-ın yaxın və orta Şərqdəki maraqları bəllidir. Onlar regionu nəzarətdə saxlamaq üçün bir çox strategiyalar həyata keçirir. ABŞ vaxtilə "Ərəb Baharı" adı altında bir çox ölkələrdə prosesləri alovlandırdı. O zaman ABŞ-ın BMT-dəki nümayəndəsi 20-yə yaxın dövlətin sərhədlərinin dəyişəcəyi ilə bağlı açıq bəyanat vermişdi. İndi də ABŞ-ın bu məsələdə maraqlı olması, YPG/PKK terror təşkilatına dəstək göstərməsi regionda gərginliyi artırır."

Qasımovun sözlərinə görə, Mazlum Abdinin bu istiqamətdəki fəaliyyəti və müraciətləri Suriyaya qarşı əməliyyatların daha erkən başlamasına səbəb ola bilər:

"Bu müraciət və fəaliyyətlər, ehtimal ki, Suriyaya və YPG/PKK-ya qarşı əməliyyatların vaxtından tez həyata keçirilməsinə təkan verəcək. ABŞ-ın bu cür terrorçu qruplara dəstək verməsi həm Suriyada, həm də bütün regionda vəziyyəti daha da mürəkkəbləşdirir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri