Yeni Neptun raketi sınaqdan keçirildi və döyüşdə uğurla yerləşdirildi Zelenski
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Bu gün bizim raket proqramımızla bağlı hesabatlar var idi. Əhəmiyyətli nəticələr var. "Uzun Neptun" ("Длинный Нептун") sınaqdan keçirildi və döyüşdə uğurla istifadə edildi. Yeni Ukrayna raketi, dəqiq zərbə endirməyə imkan verir. Uşuş məsafəsi min kilometrdir. Ukraynalı tərtibatçılarımıza, istehsalçılarımıza və hərbçilərimizə təşəkkür edirik. Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün işimizi davam etdiririk”, - deyə o qeyd edib.
Görünür, söhbət Ukraynanın “Neptun” raketinin uzaqmənzilli modifikasiyasından gedir. İnternetdə "Uzun Neptun"un ehtimal olunan uğurlu istifadəsi ilə bağlı video yayımlanır. Ola bilsin ki, martın 14-də Tuapse Neft Emalı Zavodunu vuran da məhz o olub. Buraxılan səsyazmada fərqli səs eşidilə bilər. Amma bu məlumat təsdiq tələb edir.
Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Ukrayna Neptun kompleksi üçün "R-360" qanadlı raketlərinin seriyalı istehsalını bərpa edib və genişləndirib. Qeyd edilib ki, modifikasiya edilmiş raketlər hazırda daha böyük məsafələrdə hədəfləri vurmaq iqtidarındadır.
2024-cü ilin sonlarında Zelenski ümumi olaraq Ukraynanın raket proqramı haqqında danışarkən “Uzun Neptunları” xatırladıb: “Bizim raket proqramımıza gəlincə. Artıq bir çox insan, xüsusən də ruslar bizim Ukrayna “Neptunlarını” xatırlayıblar. Amma biz “Uzun Neptunlar” da etdik. Adın özü vəzifələrdən danışır. Artıq ilk uğurlu həmlələr edilib, nəticələr var”, - deyib.
Qadir, Bizimyol.info
Baxış sayı:90
Bu xəbər 15 Mart 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















