Yeni nəsil nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 10,8 faiz artıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 105.885 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Dövlət Vergi Xidmətindən XQ-yə verilən məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.
Bu mövzuda digər xəbərlər:Bu il yeni nəsil nəzarət kassa aparatları vasitəsilə 4 milyard manatlıq dövriyyə qeydə alınıb
11 Mart 2025 12:15
Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
11 İyun 2025 12:58
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 21 faiz artıb
12 Avqust 2025 11:10
Naxçıvanda yeni nəsil NKA lar vasitəsilə qeydə alınan dövriyyə 24,3 faiz artıb
13 Noyabr 2025 15:01
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb
18 Aprel 2025 14:59
Baxış sayı:67
Bu xəbər 08 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















