Icma.az
close
up
RU
Yeni nəsil telefon zənginə yox, mesajlaşmaya üstünlük verir elə bəla da burdan başlar

Yeni nəsil telefon zənginə yox, mesajlaşmaya üstünlük verir elə bəla da burdan başlar

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqəmsallaşan dünyada mesajlaşma əsas ünsiyyət vasitəsinə çevrilib.

Sherg.az xəbər verir ki, mütəxəssislər telefon zənglərinin azalmasının ikitərəfli münasibətlərdə ciddi uzaqlaşmaya və yanlış anlaşılmalara səbəb olduğu barədə xəbərdarlıq edir.

Bu gün ünsiyyət vərdişləri nəsillər arasında kəskin şəkildə dəyişir. Aparılan araşdırmalar göstərir ki, xüsusilə Z nəsli nümayəndələrinin böyük bir hissəsi telefon danışıqlarını stres mənbəyi kimi qəbul edir. Mövzu ilə bağlı fikirlərini bölüşən psixoterapevt Gabrielle Sanderson deyir: “İnsanlar artıq kimsədən telefon zəngi gələndə təəccüblənir, hətta narahat olur. Mesajlaşma o qədər normallaşıb ki, birbaşa səsli ünsiyyət qurmaq sanki "müdaxilə" kimi qəbul edilir.”

Mütəxəssislərə görə, mesajlaşmanın seçilməsinin əsas səbəbi onun yaratdığı nəzarət imkanlarıdır. Lakin bu rahatlıq zonası özü ilə müəyyən risklər də gətirir. Ailə və evlilik terapevti Evon Inyang bildirir ki, mesajlaşma planlaşdırma məsələləri və qısa məlumat yeniləmələri üçün uyğundur, lakin emosional yükü ağır mövzularda yetərsiz qalır və əlavə edir:

“Mesajda səs tonu, vurğu və bədən dili yoxdur. Bu çatışmazlıq səbəbindən neytral bir cümlə belə qarşı tərəfdə "soyuq" və ya "laqeyd" kimi qəbul edilə bilər. Cütlüklərin tək bir durğu işarəsinə görə günlərlə davam edən mübahisələr yaşadığına şahid oluruq.”

Bəs, nə vaxt mesaj yazmalı, nə vaxt zəng etməli?

Mütəxəssislər sağlam ünsiyyət üçün aşağıdakı fərqlərin vacib olduğunu vurğulayır:

Mesajlaşmanın uyğun olduğu hallar

Gündəlik planlar

Məkan paylaşımı

Qısa hal-əhval soruşmaq

Ciddi söhbətdən əvvəl qarşı tərəfə düşünmək üçün vaxt vermək

Telefonun zəruri olduğu hallar

Emosional dərinlik tələb edən mövzular

Münaqişələrin həlli

Üzr istəmə prosesləri

“Əgər münasibət sizin üçün önəmlidirsə, zəng edin”

Mütəxəssislər razılaşır ki, mesajlaşma “müdafiə mexanizmi” kimi istifadə olunmamalıdır. Xüsusilə narahatlıq yaşayan insanlar üçün yazılı ünsiyyət təhlükəsiz bir sahə yaratsa da, dərin əlaqələr qurmaq üçün səsin gücü vacibdir.

Evon Inyang ünsiyyət formasını dəyişməyin vaxtının çatdığını göstərən əlamətləri belə izah edir:

"Əgər bir mesajı beş dəfə oxuyub anlamağa çalışırsınızsa, bədəninizdə gərginlik hiss edirsinizsə və ya yazdıqlarınızın səhv başa düşüləcəyindən narahatsınızsa, artıq zəng etməyin vaxtıdır. Səs istilik və səmimiyyət ötürən yeganə vasitədir; bunu qısa mesajla əvəz etmək mümkün deyil.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2026 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri