Yeni növ elektromobil batareyası adı ilə 25 milyon dollar mənimsədilər
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiyanın “Donut Lab” startapının bərktərkibli elektromobil batareyası ətrafında qalmaqal yaranıb.
Avtosfer.az xəbər verir ki, 20-dən çox ekspert belə qənaətə gəlib ki, bu tip batareya hazırlanması saxtakarlıqdır. Çinli ekspertlərdən biri iddia edir ki, “inqilabi texnologiya kimi təqdim edilən qurğunun yoxlama zamanı adi litium-ion batareya olduğu üzə çıxıb. Onların iddia etdiyi batareyanın hazırlanması qeyri-mümkündür. Belə batareya təbiəti etibarı ilə mövcud ola bilməz”.
Bununla belə, startapçılar artıq 25 milyon dollar xarici sərmayə cəlb edə biliblər. Onlar iddia edirdilər ki, hazırladıqları batareya bir neçə dəqiqəyə tam dolur. Ən əsası isə, -30 dərəcə Selsi temperaturda avtomobil 600 kilometr qət edə bilir!
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 13 İyun 2026 02:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















