Icma.az
close
up
RU
Yeni paltarları ilk dəfə geyinməzdən əvvəl yuyun SƏBƏB

Yeni paltarları ilk dəfə geyinməzdən əvvəl yuyun SƏBƏB

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni alınmış geyimlər təzə görünüşü və xoş qoxusu ilə cəlbedici olsa da, mütəxəssislər onları ilk dəfə geyinməzdən əvvəl mütləq yumağı tövsiyə edirlər. Çünki parça istehsal prosesində müxtəlif kimyəvi maddələr, boyalar və mikroorqanizmlərlə təmasda olur.

Lent.az xarici mediaya istinadən xəbərinə görə, parçanın büzüşməməsi, rənginin solmaması və kif əmələ gəlməməsi üçün formaldehid kimi maddələrdən istifadə olunur.

Xüsusilə tünd və parlaq rəngli geyimlərdə olan boyalar tər ilə təmasda olduqda dəridə qıcıqlanma yarada bilər. Sintetik materiallar isə bu maddələri bədənə daha yaxın saxlayır.

Nəticədə qaşınma, qızartı və səpgilər yarana bilər. Davamlı təmas isə dəridə xroniki həssaslıq riskini artırır.

Görünməyən bakteriyalar və göbələklər

Yeni geyimlər təmiz görünsə də, üzərində bakteriya və göbələklər ola bilər. Mağazada müxtəlif insanlar paltarları geyinib çıxarır, onlar digər məhsullar və səthlərlə təmasda olur. Xüsusilə sintetik parçalar rütubəti saxladığı üçün mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit yaradır.

Sadə həll yolu – ilk geyimdən əvvəl yumaq

İlk istifadədən əvvəl yumaq parçada qalan kimyəvi maddələri, artıq boyanı və mikrobları aradan qaldırır. Bundan əlavə, yuma prosesi parçanın bir qədər oturmasına və daha yumşaq olmasına kömək edir. Qulluq təlimatlarına uyğun yuyulduqda isə geyimin keyfiyyətinə zərər dəymir.

Mütəxəssis məsləhətləri

Yuma evangelisti kimi tanınan Patrik Riçardson da daha səmərəli yuma üçün sadə qaydalar tövsiyə edir. Onun sözlərinə görə, gündəlik istifadə üçün əksər hallarda ekspress rejim kifayətdir. Quruducu üçün salfetlərdən istifadə etməmək daha məqsədəuyğundur.

Ekspert həmçinin geniş yayılmış səhvə diqqət çəkib: çoxları həddindən artıq yuyucu vasitə istifadə edir. Bir yuma üçün təxminən iki xörək qaşığı toz kifayətdir. Bu halda bir qablaşdırma hətta bir il müddətinə yetə bilər.

Beləliklə, yeni paltarı geyinməzdən əvvəl yumaq həm dərinin qorunması, həm də sağlamlıq baxımından vacib addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Fevral 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri