Yeni Peugeot avtomobillərində dördbucaqlı sükanlar quraşdırılacaq
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın "Peugeot" şirkəti özünün istehsal etdiyi avtomobillərdə ənənəvi sükanın əvəzinə dördbucaqlı "Hypersquare" konsepsiyalı sükan tətbiq etməyi nəzərdə tutur.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Handelsblatt" nəşri yayıb.
İstehsalçı yeni sükanın prototipini yaradaraq jurnalistləri onu sınaqdan keçirməyə dəvət edib. "Hypersquare" sükanı üzərində dörd dairəvi panel yerləşir. Yuxarı panellərdə baş barmaqlarla basıla bilən və bəzi əlavə funksiyaları idarə edən düymələr mövcuddur.
Sükanın ekstravaqant formasına baxmayaraq çox rahat olduğu bildirilir. Yeni sistemdə sükan və təkərlər arasında birbaşa mexaniki əlaqə yoxdur. Bu səbəbdən sükan çarxlarından gələn titrəmələr artıq sükana ötürülmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















