Icma.az
close
up
RU
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu

Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu.

2 avqust tarixində, Sea Breeze Yacht Club-da keçirilən möhtəşəm tədbir ilə Porsche-nin yeni tam elektrikli Cayenne model xətti Azərbaycanda təqdim edilib. Porsche həvəskarlarını bir araya gətirən xüsusi təqdimat günündə qonaqlar yeni nəslin dizaynı, texnologiyaları və performans imkanları ilə yaxından tanış olublar.

Tədbirin açılışında Əfəndilər Qrupun İcraçı Direktoru Amal Əlili qonaqları salamlayaraq şirkətin Azərbaycanda elektromobilliyin inkişafındakı rolundan danışıb. O, Əfəndilər Qrupun Azərbaycanda ilk tam elektrikli avtomobillərin satışını həyata keçirən rəsmi idxalçı olduğunu vurğulayıb və bu istiqamətdə əldə edilən təcrübənin qrupun gələcəyə baxışında mühüm yer tutduğunu qeyd edib.

Yeni Cayenne Electric-in təqdimat anı isə Azərbaycanda ilk dəfə həyata keçirilən qeyri-adi konsepsiya ilə yadda qalıb. Suyun üzərində xüsusi platformada yerləşdirilmiş Cayenne Electric sudan çıxan dalğıclar tərəfindən üzəri açılaraq təqdim edilib. Səhnələşdirilmiş təqdimat modelin özünəməxsus xarakterini əks etdirərək gecənin ən yaddaqalan anlarından birinə çevrilib.

Porsche-nin ən güclü seriya modeli - SUV kuzovunda

Yeni Cayenne Electric Azərbaycanda iki fərqli kuzov seçimi - Cayenne və Cayenne Coupé ilə təqdim olunub. Beləliklə, model Cayenne-nin gündəlik funksionallığını qorumaqla yanaşı, daha dinamik dizayna üstünlük verənlər üçün Coupé alternativini də təklif edir.

Yeni modelin ən diqqətçəkən tərəfi isə onun performansıdır. Model xəttinin zirvəsində dayanan Cayenne Turbo Electric 1 156 at gücünədək güc hasil edir və 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır. Bu göstərici ilə Cayenne Turbo Electric, SUV kuzovuna baxmayaraq, Porsche-nin indiyədək istehsal etdiyi ən güclü seriya avtomobili statusunu daşıyır.

Beləliklə, yeni Cayenne Electric Porsche üçün sadəcə mövcud SUV modelinin elektrik versiyası deyil. O, superkar səviyyəsində sürətlənməni, SUV funksionallığını, off-road imkanlarını və yeni nəsil elektrik texnologiyalarını bir avtomobildə birləşdirərək Cayenne model ailəsinin tarixində yeni mərhələnin başlanğıcını qoyur.

Yeni Porsche Cayenne Electric, eləcə də Porsche-nin digər elektromobilləri ilə yaxından tanış olmaq və modellər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Porsche Bakı Mərkəzinə yaxınlaşa bilərlər.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Avqust 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri